"Azərbaycan gəncliyi  2011-2015-ci illərdə" dövlət proqramının hazırlanması ilə bağlı ictimai müzakirələr keçirilmişdir

 

Mayın 3-də "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" dövlət proqramının hazırlanması ilə bağlı ictimai müzakirələr təşkil edilmişdir.

AzərTAc xəbər verir ki, müzakirələrdə dövlət proqramının hazırlanması ilə bağlı konkret təkliflər nəzərdən keçirilmiş, gənclərin problemlərinin həllinə təsir edən mexanizmlərə baxılmışdır.

Əvvəlcə işçi qrupları çərçivəsində gənclərin sosial müdafiəsi sağlamlığı, məşğulluğu sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, vətənpərvərlik vətəndaşlıq tərbiyəsi, elm, təhsil gənclərin yaradıcılıq potensialının inkişafı, gənclərin idarəetmədə vətəndaş cəmiyyətində iştirakı, o cümlədən beynəlxalq əməkdaşlıq mübadilə mövzularında müzakirələr aparılmışdır.

Sonra ümumi müzakirə keçirilmiş, ayrı-ayrı gənclər təşkilatlarının nümayəndələri irəli sürülmüş təkliflərə dair məruzələrlə çıxış etmişlər.

Ümumi müzakirə zamanı "İnternet-Skype" rabitəsi vasitəsilə xaricdə yaşayan azərbaycanlı tələbələrlə canlı bağlantı yaradılmış, hazırlanacaq proqramla bağlı onların təklifləri dinlənilmişdir.

Daha sonra məruzələr ətrafında debat keçirilmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov ictimai müzakirənin əhəmiyyəti haqqında danışmış, gənclərin müxtəlif problemlərlə bağlı çoxsaylı təkliflər irəli sürməsini yüksək qiymətləndirmişdir.

Bu cür müzakirələrin mütəmadi olaraq bütün ali təhsil müəssisələrində keçirilməsinin vacibliyini vurğulayan E.Aslanov qeyd etmişdir ki, siyasi iqtisadi cəhətdən regionun lider dövləti olan Azərbaycan intellektual potensialına görə qlobal müstəvidə liderə çevrilmək əzmindədir.

Gənclərə azərbaycançılıq ideyasının, milli mənlik şüurunun, vətənpərvərlik ruhunun aşılanması istiqamətində işlərin daha da intensivləşdirilməsinin zəruriliyini vurğulayan şöbə müdiri onlar üçün xüsusi mətbu orqanın, xüsusilə , əlil gənclər üçün tədris mərkəzlərinin yaradılması, məşğulluq probleminin həlli ilə bağlı təkliflərin əhəmiyyətini qeyd etmişdir.

Proqramın hazırlanması zamanı xaricdə təhsil alan azərbaycanlı tələbələrin problemlərinin nəzərə alınmasının zəruriliyini vurğulayan E.Aslanov Prezident İlham Əliyevin müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənci tələbə gənclər təşkilatlarının nümayəndələrini qəbul etdikdən sonra onlarda böyük ruh yüksəkliyinin yarandığını diqqətə çatdırmışdır.

Gənclər idman naziri Azad Rəhimov Azərbaycan gənclərinin hər zaman dövlətin diqqət mərkəzində olduğunu bildirmiş, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" dövlət proqramının hazırlanması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamın bunun bariz nümunələrindən biri olduğunu demişdir.

Proqramın hazırlanmasında gənclərin yeni ideyalar, təkliflər irəli sürməsi istiqamətində nümayiş etdirdiyi fəallığı yüksək qiymətləndirən nazir hər bir gəncin bu sənədin diqqət mərkəzində olacağını demişdir.

A.Rəhimov Prezident İlham Əliyevin müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənci tələbə gənclər təşkilatlarının nümayəndələrini qəbul edərkən Bakıda gənclər mərkəzinin tikilməsi, gənclər fondunun yaradılması ilə bağlı irəli sürülmüş təkliflərin əhəmiyyətini xüsusi vurğulamışdır.

Təhsil nazirinin müavini Elmar Qasımov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" dövlət proqramının hazırlanmasının gənclərin həyatında çox əhəmiyyətli hadisə olduğunu bildirmişlər.

Natiqlər bu cür müzakirələrin keçirilməsinin gənclərin təhsili, fiziki mənəvi sağlamlığı, məşğulluq digər məsələlərlə bağlı ideya təkliflərin irəli sürülməsi baxımından əhəmiyyətini qeyd etmişlər.

Müzakirələr zamanı gəncləri maraqlandıran suallar cavablandırılmışdır.

 

 

Azərbaycan.- 2011.-4 may.- S. 3.