Argentinanın "Revista Megatrade" jurnalında Azərbaycan ilə bağlı geniş məqalə dərc olunmuşdur

 

Latın Amerikasında geniş oxucu auditoriyasına malik "Revista Megatrade" jurnalında "Qafqazın sürətlə inkişaf edən ölkəsini tanıyaraq" sərlövhəli geniş məqalə dərc edilmişdir.

AzərTAc xəbər verir ki, yazıda Azərbaycanın son dövrdə əldə etdiyi inkişaf, regionun işgüzar, infrastruktur logistika mərkəzinə çevrilməsi, ölkənin tarixi, zəngin mədəni irsi, habelə Argentina ilə əməkdaşlıq potensialı təhlil olunmuşdur.

Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları təcavüzü barədə həqiqətlər öz əksini tapmışdır.

Yazıda çar Rusiyasının dağılması ilə Cənubi Qafqazda müstəqil dövlətlərin yarandığı vaxtı Azərbaycanın öz tarixi torpaqlarının əhəmiyyətli hissəsini, xüsusilə , İrəvanı Ermənistana güzəştə getməsi, bu prosesin Sovetlər İttifaqı dövründə davam etməsi nəticədə keçmiş SSRİ-yə daxil olarkən Azərbaycanın 114 min kvadratkilometr ərazisinin sovetlər birliyinin tərkibində 86,6 min kvadratkilometrədək azalması, SSRİ rəhbərliyi tərəfindən tarixi Azərbaycan torpaqları olan Zəngəzur Göyçənin Ermənistana verilməsi ilə Naxçıvanın Azərbaycandan aralı düşməsi faktları xüsusi vurğulanır.

Bundan əlavə, məqalədə qeyd olunur ki, SSRİ-nin dağılması ilə Ermənistan Azərbaycana qarşı hərbi təcavüzü başlamış, ümumilikdə Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağ onun ətrafındakı yeddi rayonu işğal etmiş, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirmişdir. Ermənistanın hərbi qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasını azərbaycanlı qaçqın məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılmasını tələb edən BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamenti digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş bütün qətnamə sənədlərə Ermənistan məhəl qoymur. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı bir milyon azərbaycanlı qaçqın məcburi köçkünün hüquqlarının pozulması hələ davam edir.

 

 

Azərbaycan.- 2011.-4 may.- S. 3.