Çexiyanın sığorta-pensiya
orqanının nümayəndə
heyəti Azərbaycanda
səfərdədir
Çexiya Respublikasının sığorta-pensiya orqanının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir. Mayın 7-dək davam edəcək səfər zamanı iki ölkə arasında sosial təminat sahəsi ilə bağlı yeni saziş layihəsi və bir sıra digər mühüm məsələlər müzakirə ediləcək.
Xatırladaq ki, ötən ilin sentyabr ayında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mütəxəssislərindən ibarət nümayəndə heyəti Çexiya Respublikasında səfərdə olmuşdur. Çexiyanın sığorta-pensiya orqanının dəvəti ilə baş tutan səfər zamanı tərəflər bir sıra məsələlərlə bərabər, "Azərbaycan Respublikası və Çexiya Respublikası arasında sosial təminat sahəsində Saziş" layihəsini ətraflı müzakirə etmişlər.
Çexiyanın sığorta-pensiya orqanının rəhbər
şəxslərindən ibarət
nümayəndə heyətinin
ölkəmizə budəfəki
səfəri zamanı
keçiriləcək görüşlərdə
layihə ilə bağlı danışıqların
ikinci mərhələsi
aparılacaq. Bundan
başqa, nümayəndə
heyəti DSMF aparatının
işi, burada qurulan müasir məlumatlandırma sistemi,
həmçinin fondun
rayon şöbələrinin
fəaliyyəti ilə
tanış olacaqlar. Məlumatı DSMF-nin ictimaiyyətlə əlaqələr
sektoru yayıb.
Azərbaycan.- 2011.-4 may.- S. 6.