Özbəkistanın baş prokuroru Ali Məhkəmədə
olmuşdur
Ölkəmizdə səfərdə
olan Özbəkistan Respublikasının baş
prokuroru Rəşitjan
Kodirovun başçılıq
etdiyi nümayəndə
heyəti mayın
3-də Ali Məhkəmənin
sədri Ramiz Rzayevlə görüşmüşdür.
Ali Məhkəmənin mətbuat
xidmətindən AzərTAc-a
bildirmişlər ki, görüşdə Ramiz
Rzayev Özbəkistan
Respublikası baş prokurorunun başçılıq
etdiyi nümayəndə
heyətini Azərbaycanda
salamlamaqdan məmnunluğunu
bildirmiş, ənənə
və dəyərlərlə
bir-birinə yaxın olan hər iki
xalqın həmrəyliyi ilə bağlı çoxsaylı
nümunələrin olduğunu
qeyd etmişdir. Həmçinin Azərbaycan ilə
dost Özbəkistanın
məhkəmə-hüquq sistemləri
arasında əlaqələrinin
Müstəqil Dövlətlər
Birliyi, eyni zamanda, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində
inkişaf etdiyini və genişləndiyini vurğulamışdır.
R.Rzayev respublikamızda məhkəmə-hüquq
sahəsində həyata
keçirilən tədbirlər,
Ali Məhkəmənin
strukturu və fəaliyyəti barədə
qonaqlara ətraflı
məlumat vermiş və bildirmişdir ki, Özbəkistan Respublikası baş prokurorunun Azərbaycana səfəri prokurorluq və məhkəmə orqanları arasında əməkdaşlığın
inkişafına xidmət
edəcəkdir. Dost ölkələrimiz arasında
möhkəmlənən faydalı
münasibətlər hər
iki dövlətin hüquq-mühafizə orqanları
arasında əməkdaşlığın
yeni perspektivlərini açacaqdır.
Özbəkistanın baş
prokuroru Rəşitjan
Kodirov son illər məhkəmə
sistemində həyata
keçirilən tədbirlərin
onda xoş təəssürat yaratdığını
bildirmişdir. O, ölkəsində
həyata keçirilən
hüquq islahatlarından
və prokurorluğun fəaliyyət dairəsindən
söhbət açmışdır.
R.Kodirov iki ölkə arasında qarşılıqlı əməkdaşlığın
böyük əhəmiyyət
daşıdığını vurğulamışdır. Bildirmişdir
ki, bu əməkdaşlıq
bundan sonra da davam etdiriləcəkdir.
Özbəkistanlı qonaqlar
Ali Məhkəmənin
inzibati binası ilə tanış olmuş, bu tanışlığın onlarda
xoş təəssürat
yaratdığını bildirmişlər.
Məhkəmə tarixi
muzeyinə baxan Özbəkistanın baş
prokuroru Rəşitjan
Kodirov xatirə kitabına ürək sözlərini yazmışdır.
Görüşün sonunda Ali Məhkəmənin sədri
Azərbaycanın prokurorluq
və məhkəmə
orqanlarına xüsusi
maraq göstərdiklərinə
və həmçinin
əhəmiyyətli görüşə
görə Özbəkistanın
baş prokuroruna və nümayəndə heyətinin üzvlərinə
təşəkkür etmiş,
onlara gələcək fəaliyyətlərində
uğurlar arzulamışdır.
Azərbaycan.- 2011.-4 may.- S. 6.