Özbəkistanın baş prokuroru Azərbaycanın daxili işlər naziri ilə görüşmüşdür

 

Mayın 3-də Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan Özbəkistanın baş prokuroru Rəşitjan Kodirovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir müstəqillik illərində Azərbaycanın keçdiyi çətin, lakin şərəfli yol barədə məlumat vermiş, ölkəmizdə əməliyyat şəraitinin kriminogen durumun nəzarətdə olduğunu bildirmişdir.

Azərbaycan Özbəkistan arasında bütün sahələrdə əlaqələrin inkişaf etməsindən danışan Ramil Usubov dövlətlərimiz arasında uğurlu əməkdaşlığın təməlinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xatırlatmış, bu əlaqələrin respublikalarımızın ölkə prezidentləri tərəfindən uğurla davam etdirildiyini bildirmişdir. Vurğulanmışdır ki, ölkələrimizin hüquq-mühafizə, o cümlədən daxili işlər orqanları arasında faydalı işgüzar əlaqələr qurulmuş, müxtəlif sazişlər imzalanmış qarşılıqlı səfərlər təşkil edilmişdir.

Ölkələrimizin daxili işlər orqanları arasında istər ikitərəfli, istərsə çoxtərəfli formatda əlaqələrin genişləndiyini qonağın diqqətinə çatdıran Ramil Usubov belə uğurlu əməkdaşlığın normativ hüquqi bazasını müxtəlif illərdə cinayətkarlıqla mübarizə sahəsində qarşılıqlı əməkdaşlıq haqqında ölkələrimizin daxili işlər nazirlikləri arasında imzalanmış sazişin, 2010-2012-ci illərdə qarşılıqlı fəaliyyət haqqında protokolun digər sənədlərin təşkil etdiyini vurğulamışdır. Nazir bu səfərin ölkələrimizin hüquq-mühafizə orqanları arasındakı əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyinə əminliyini ifadə etmişdir.

Ətraflı məlumata görə təşəkkürünü bildirən Rəşitjan Kodirov ölkəsində həyata keçirilən hüquqi islahatlardan, prokurorluğun bu istiqamətdə gördüyü işlərdən danışmış, Azərbaycanda sabitliyin, əmin-amanlığın nümunəvi təmini, cinayətkarlıqla mübarizə sahəsində qazanılmış uğurlardan məmnunluğunu ifadə etmişdir.

Qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirə olunduğu görüşdə Özbəkistanın Azərbaycandakı səfiri İsmatilla Erqaşev iştirak etmişdir.

 

 

Azərbaycan.- 2011.- 6 may.- S. 6.