B.A.Nağdəliyevə
Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdünün verilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq
"Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdünün təsis
edilməsi haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycanda
dəniz nəqliyyatının
inkişafında xidmətlərinə
görə Bayram Ağa Bala oğlu
Nağdəliyevə Azərbaycan
Respublikası Prezidentinin
fərdi təqaüdü
verilsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
4 may 2011-ci il
Azərbaycan.- 2011.- 5 may.- S. 1.