"Azərbaycanda aqrar islahatlar: Tənəzzüldən ərzaq təhlükəsizliyinə doğru" kitabı çapdan çıxmışdır

 

Akademik Qərib Məmmədovun ümummilli lider Heydər Əliyevin anadan olmasının 88 illiyinə ithaf etdiyi "Azərbaycanda aqrar islahatlar: Tənəzzüldən ərzaq təhlükəsizliyinə doğru" kitabı çapdan çıxmışdır.

Kitabın redaktoru tarix elmləri doktoru, professor Əli Həsənovdur.

Kitab "Müstəqilliyə qədərki dövrdə aqrar sahənin vəziyyəti", "Azərbaycanda torpaq islahatının siyasi iqtisadi əsasları", "Azərbaycanda torpaq islahatının hüquqi məsələləri", "İlham Əliyevin Prezident kimi fəaliyyətə başlaması regionların sosial-iqtisadi inkişafının daha da yüksəlməsinə, torpaq-əkinçi münasibətlərində yeni mərhələyə yol açdı", "Azərbaycanın dövlət torpaq kadastr sistemi dünya standartlarına cavab verir", "Qanunvericilikdəki dəyişikliklər torpaq üzərində hüquqi münasibətlərin şəffaflığını təmin edir" fəsillərindən ibarətdir. Bu fəsillərdə ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə gördüyü böyük işlərin nəticəsi olaraq 1993-2003-cü illərdə Azərbaycanda dünyada bənzəri olmayan torpaq islahatlarının uğurla həyata keçirilməsindən bəhs edilir. Burada həmçinin həmin dövrdə imzalanmış çoxsaylı fərman, sərəncam digər hüquqi normativ aktlar da təqdim edilir. Ulu öndərin yaratdığı hüquqi baza əsasında ölkəmizdə sosial-ədalət prinsiplərinə söykənən aqrar münasibətlərin formalaşması konkret faktlarla göstərilir, həyata keçirilən torpaq islahatlarından söhbət açılır, bu islahatların elmi-hüquqi əsasları haqqında geniş məlumat verilir, xalq arasında deyildiyi kimi, "Heydər Əliyev torpaq islahatları"nın qədər dərin elmi-təcrübi metodologiyaya qadir olduğu bir daha sübut edilir.

Kitabda Prezident İlham Əliyevin 2003-cü ildən bugünə qədər davam etdirdiyi, mahiyyət məzmun baxımından heç torpaq islahatından az əhəmiyyəti olmayan "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)", "Azərbaycan Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "Azərbaycan Respublikasında (2008-2015-ci illər) əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın hazırlanması bu kimi digər dövlət əhəmiyyətli proqram qanunların uğurla davam etdirilməsindən bəhs olunur. Müəllif ölkəmizdə iqtisadi sosial inkişafın bundan sonra da yalnız Prezident İlham Əliyevin rəhbərliyi altında davamlı olacağını əvvəlcədən görən ümummilli liderin 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına son müraciətində "Mən ona özüm qədər inanıram" deməklə ölkəmizin xalqımızın əbədi xoş gələcəyini cənab İlham Əliyevə etibar etdiyindən qürurla söhbət açır.

Nəşr ölkəmizin aqrar tarixi ilə maraqlanan, bu sahədə elmi tədqiqat işləri aparan mütəxəssislər elm xadimləri, o cümlədən ulu öndərin aqrar siyasəti onun bugünkü nəticələri ilə tanış olmağı istəyən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.-2011.-5 may.-S.3.