bp AMEC yeni müqavilə imzalayıblar

 

bp AMEC şirkətləri bu günlərdə yeni müqavilə imzalayıblar. Müqavilə AMEC tərəfindən mühəndis-texniki kiçik layihələrin idarə edilməsi xidmətlərinin göstərilməsini nəzərdə tutur. Müqavilənin dəyəri 600 milyon ABŞ dolları həcmindədir.

Xatırladaq ki, bp şirkəti "Azəri-Çıraq-Günəşli" (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), "Şahdəniz" Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrinin operatorudur. Yeni müqavilə AÇG "Şahdəniz" dəniz qurğularını, AÇG, "Şahdəniz", BTC CQBK-nın Səngəçal terminalındakı qurğularını, eləcə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodundakı (BDÖZ) tədarük bazasını əhatə edir.

Müqavilə təxminən bir il davam edən hərtərəfli mürəkkəb seçim prosesi nəticəsində bağlanıb. Onun müddəti beş ildir iki dəfə dörd il müddətinə uzadıla bilər. İşlər yerli "Azfen" şirkətinin iştirakı ilə Bakıda yerinə yetiriləcək.

bp-nin Azərbaycanda əsas layihələr üzrə vitse-prezidenti Brus Luberski deyir: "2004-cü ildən bəri biz dəniz layihələrimizdə AMEC-nin xidmətlərindən istifadə edirik. Bu yeni müqavilə əsasında AMEC-nin xidmət dairəsi genişlənərək bp-nin Səngəçal terminalındakı mövcud layihələrini BDÖZ-dəki tədarük bazasını əhatə edəcək. Məmnunuq ki, yeni müqavilə əsasında həm bp, həm AMEC kadrların milliləşdirilməsi proqramlarının bir hissəsi kimi yerli mühəndislərin inkişaf etdirilməsi öhdəliyinə sadiq qalacaq".

 

 

Azərbaycan.- 2011.- 5 may.- S. 3.