Sabirabadın Əsgərbəyli
kəndinin sakinləri ilə görüş
Azərbaycan Prezidenti İlham Əliyev mayın 5-də Qasımbəylidə tikilmiş yeni evlərlə tanışlıqdan sonra Əsgərbəyli kəndində olmuşdur.
Dövlət başçısı onu səmimiyyətlə qarşılayan kənd sakinləri ilə görüşüb söhbət etmişdir.
Sakinləri salamlayan Prezident İlham ƏLİYEV dedi: Gəlmişəm ki, özüm vəziyyətlə tanış olum. Gördüm ki, dayanmısınız. Maşını saxlatdırdım ki, soruşum, bəlkə sözünüz vardır?
SAKİNLƏR: Qədəmləriniz mübarək olsun, xoş gəlmisiniz.
Prezident İlham ƏLİYEV: Mənim işim budur ki, gedim yoxlayım, harada nə çatışmır, onu biz düzəltməliyik.
SAKİNLƏR: Çox sağ olun, bu işlərin hamısı Sizin təşəbbüsünüzdür.
Prezident İlham ƏLİYEV: Yollar çəkilir, evlər, körpülər tikilir, bəndlər salınır.
SAKİN: Cənab Prezident,
Allah Sizə uzun ömür versin. Bizim bu Muradbəyli,
Qasımbəyli, Yuxarı Əsgərbəyli kənd
camaatı görülən işlər barədə Sizə
dəfələrlə məktub yazmış, teleqram
vurmuşdur. Həqiqətən böyük işlər
görülüb. Bunun üçün Sizə minnətdarıq.
Çox istərdik ki, bizim kənddə də orta məktəb
olsun. Məktəbimiz natamam orta məktəbdir. Kəndimizdə
poçt olmasını da arzulayırıq.
Prezident İlham ƏLİYEV:
Məktəbiniz yoxdur?
SAKİN: Var, bir qədər
irəlidədir, doqquzillik məktəbdir. Həmin məktəbə
orta məktəb statusu verilsə, övladlarımız təhsillərini
orada davam etdirərlər. Bir də ki, poçtumuz, tibb məntəqəmiz
də olsa, lap yaxşı olar. Cənab Prezident, biz Sizi dəstəkləmişik,
dəstəkləyirik və dəstəkləyəcəyik.
Prezident İlham ƏLİYEV:
Təklifləriniz qeydə alınır, yazılır, mənə
məruzə ediləcəkdir. Mən müvafiq göstərişlər
verəcəyəm ki, buradakı problemlər tezliklə
öz həllini tapsın.
SAKİN: Çox sağ
olun, bura gəlməyiniz, bizimlə görüşməyiniz
böyük xoşbəxtlikdir.
Prezident İlham ƏLİYEV:
Yaxşı bilirsiniz ki, təbii fəlakətin miqyası
böyük idi, 3 min hektar torpağı 2-3 metr
hündürlükdə su basmışdı. Biz bu vəziyyətdən
şərəflə çıxdıq. İtki vermədən
insanları köçürdük. O evlərin bərpası
çox böyük işdir. Məktəb tikilməlidir, tibb
məntəqəsi, evlər, yollar, özü də təkcə
burada deyil, qonşu rayonlarda da. Böyük işdir, amma biz bu
işləri lazımi səviyyədə aparacağıq. Əhalini
narahat edən məsələlər həllini
tapmalıdır. Ona görə mən dayandım ki, sizinlə
görüşüm.
SAKİN: Allah Sizin köməyiniz
olsun. Siz bizim Ali Baş Komandanımızsınız.
Apardığınız siyasət, gördüyünüz
işlər, verdiyiniz sərəncamlar, fərmanlar bizim
proqramımızdır. Sizi həmişə dəstəkləyirik,
bu istiqamətdə də iş görürük. Yeni
strategiyanız nəticəsində Azərbaycan inkişaf
etmiş Avropa ölkələrinə çatacaqdır. Bu,
böyük işlərdir. Azərbaycan xalqı, biz vətəndaşlar,
hamımız həmişə Sizin arxanızdayıq. Burada
başqa söhbət ola bilməz. Sizə, ailənizə uzun
ömür, cansağlığı arzulayırıq.
Prezident İlham ƏLİYEV: Sağ olun. Biz daha da fəal çalışmalıyıq ki, burada bütün işlər görülsün, narahatedici bir məsələ də qalmasın. Sizi narahat edən heç bir məsələ qalmamalıdır. Bunun üçün əlavə tapşırıqlar verəcəyəm. Sağ olun.
SAKİNLƏR: Allah Sizdən razı olsun.
AzərTAc
Azərbaycan.- 2011.- 6 may.- S. 2.