Prezident İlham Əliyev
"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin
Saatlı "Aqroservis" filialının
açılışında iştirak etmişdir
Mayın 5-də Azərbaycan Prezidenti İlham Əliyev ictimaiyyətin nümayəndələri ilə görüşdən sonra "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Saatlı "Aqroservis" filialının açılışında iştirak etmişdir.
Filialın kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı.
Kənd təsərrüfatı naziri İsmət Abasov Prezident İlham Əliyevə məlumat verdi ki, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin yeni yaradılan Saatlı "Aqroservis" filialı rayonda kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaqdır. Ümumi sahəsi 1 hektar olan Saatlı "Aqroservis" filialının tikintisinə 2010-cu ildə başlanmışdır. Filialın ərazisində inzibati bina, təmir emalatxanası, texnikaların saxlanılması üçün talvar və açıq meydança yaradılmışdır. Bundan əlavə, filialda gübrə və pestisidlər anbarı da vardır. Ümumi tutumu 2 min ton olan anbarda Almaniyadan gətirilmiş pestisidlər, Rusiya, Ukrayna və Qazaxıstan istehsalı olan mineral gübrələr fermerlərə veriləcəkdir. Filialın təmir emalatxanasında kənd təsərrüfatı texnikalarına texniki xidmət göstərmək üçün hərtərəfli şərait yaradılmışdır. Filialda 30 nəfər daimi işlə təmin edilmişdir.
Prezident İlham Əliyevə "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin regional logistik bazaları, aqroservis filialları barədə də ətraflı məlumat verildi. Qeyd edildi ki, hazırda Sabirabad, Şəki, Cəlilabad, Şəmkir, Bərdə və Xaçmaz rayonlarında cəmiyyətin regional logistik bazaları fəaliyyət göstərir. On səkkiz rayonda isə "Aqroservis" filialları vardır. Bu il daha 5 filialın istifadəyə verilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev cəmiyyətin rayonlararası təchizat, regional logistik bazalarının və aqroservis filiallarının əvvəlki vəziyyətini əks etdirən fotolara baxdı.
Saatlı
"Aqroservis" filialındakı texnika ilə
tanışlıq zamanı dövlətimizin
başçısının diqqətinə
çatdırıldı ki, buraya, ümumilikdə, 3 milyon 700
min manat dəyərində kənd təsərrüfatı
texnikası verilmişdir. Onlardan 2 milyon 900 min manatlıq texnika lizinqə, yerdə
qalanı isə filiala verilmişdir. Filialda Finlandiya, Rusiya,
Türkiyə və Polşada istehsal edilən kənd təsərrüfatı
texnikaları ilə yanaşı, Gəncə avtomobil zavodunda
buraxılan traktorlar da vardır. "Aqrolizinq"
Açıq Səhmdar Cəmiyyəti ilə Gəncə
avtomobil zavodu arasında bağlanmış müqaviləyə
əsasən hər il cəmiyyət zavoddan 500 traktor alır.
Bundan əlavə, Gəncə avtomobil zavodunda bu traktorlar
üçün kotanlar da istehsal edilir. İndiyədək, cəmiyyət
zavoddan 1890 traktor almışdır. Filialın fəaliyyətə
başlaması Saatlı rayonunda kənd təsərrüfatı
məhsullarının istehsalçılarına geniş
imkanlar açacaqdır. Buradakı müasir kənd təsərrüfatı
texnikalarının fermerlərə verilməsi məhsulun
keyfiyyətinin yüksəldilməsi ilə yanaşı,
bolluğuna da imkan verəcəkdir. Filialda ümumilikdə 290
texnika vardır. Onlardan 88-i traktor, 27-si kombayn, yerdə
qalanları isə asılan və qoşulan texnikalardır.
"Aqrolizinq"
Açıq Səhmdar Cəmiyyətinin Saatlı
"Aqroservis" filialı ilə
* * *
Bununla da Saatlı rayonuna səfərini
başa çatdıran Prezident İlham Əliyev
İmişli rayonuna gəlmişdir. (Dövlətimizin
başçısının İmişli rayonuna səfərindən
geniş hesabat qəzetin növbəti nömrəsində dərc
ediləcəkdir).
AzərTAc
Azərbaycan.- 2011.- 6 may.- S. 3.