Bəhreynin Kralı əlahəzrət Şeyx
Həməd bin İsa Al Xəlifəyə
Əlahəzrət!
Nənəniz Şahzadə Muza bint Həməd Al Xəlifənin vəfatı xəbərini kədər hissi ilə qarşıladım.
Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin üzvlərinə, bütün Bəhreyn xalqına dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 5 may 2011-ci il
Azərbaycan.- 2011.- 6 may.- S. 3.