Almaniyanın Azərbaycandakı səfiri
YAP-ın sədr müavini ilə
görüşmüşdür
AzərTAc xəbər verir ki, mayın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov partiyanın mənzil-qərargahında Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle ilə görüşmüşdür. Ə.Əhmədov Azərbaycan ilə Almaniya arasında siyasi, iqtisadi əməkdaşlığın yüksək səviyyədə olmasından məmnunluğunu və gələcəkdə ikitərəfli əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə etmişdir.
Ölkələrimiz arasında əməkdaşlığın sıx dostluq münasibətlərinə söykəndiyini qeyd edən almaniyalı diplomat qarşılıqlı əlaqələrin gələcəkdə də yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyini bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2011.-6 may.- S. 4.