Azərbaycan ilə Monteneqro arasında əməkdaşlığın inkişafı üçün geniş potensial mövcuddur

 

Mayın 4-5-də Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov Monteneqronun xarici işlər naziri Milan Roçenin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olmuşdur.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində E.Məmmədyarov M.Roçen ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Monteneqro arasında qarşılıqlı ikitərəfli çoxtərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunmuşdur. Vurğulanmışdır ki, iqtisadi turizm sahələrində əməkdaşlıq üçün geniş potensial mövcuddur.

E.Məmmədyarov iqtisadi turizm sahələri ilə yanaşı, mədəniyyət təhsil sahələrində ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsinin, təcrübə mübadiləsinin aparılmasının vacibliyini qeyd etmişdir.

Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesi barədə həmkarına ətraflı məlumat vermişdir.

Ölkəmizdə sürətli inkişafın əyani şahidi olduğunu qeyd edən M.Roçen Monteneqro ilə Azərbaycan arasında əməkdaşlığına inandığını bildirmişdir.

Tərəflər ölkələrimiz arasında əlaqələrin əməkdaşlıq sahələrinin artırılması üçün hüquq müqavilə bazasının genişləndirilməsinə dair razılığa gəlmişlər.

 

 

Azərbaycan.- 2011.-6 may.- S. 4.