Səlahəddin Xəlilovun “Elm haqqında elm” kitabı Elmin İnkişafı Fonduna təqdim olunmuşdur
AMEA-nın müxbir
üzvü Səlahəddin Xəlilovun “Elm haqqında elm”
kitabı Azərbaycan Respublikasının Prezidenti yanında
Elmin İnkişafı Fonduna (EİF) təqdim olunmuşdur.
Kitabın elmi redaktoru və ön sözün müəllifi akademik Ramiz Mehdiyev, rəyçiləri akademiklər
Mahmud Kərimov və Arif Mehdiyevdir.
EİF-dən AzərTAc-a bildirmişlər ki, kitabda elmin genezisi,
məqsədi və funksiyaları, inkişaf qanunauyğunluğu haqqında
müfəssəl məlumat
verilmişdir.
Yeni nəşrdə elm fəlsəfəsi, elmin tarixi və sosiologiyasına dair tədqiqatlara ümumi nəzər salınmış,
habelə “elm haqqında elm”, “elmşünaslıq” adı
altında yazılmış
əsərlərin əsas
istiqamətləri nəzərə
alınmaqla, elmə yeni baxış bucağından qiymət verilmişdir. Elmin daxili məzmunu, epistemologiyası ilə yanaşı, onun sosial aspektləri, iqtisadi səmərəsi və təşkilati strukturu ilə bağlı məsələlər
də kompleks tədqiq olunur.
Kitab elm adamları,
həmçinin elmin dəyərləndirilməsində və tətbiqində maraqlı olan şəxslər üçün
nəzərdə tutulmuşdur.
Azərbaycan.- 2011.-6 may.- S. 4.