Bakı Apelyasiya Məhkəməsinin hakimləri
və əməkdaşları
Heydər Əliyev Fondunda olmuşlar
Mayın 5-də Bakı Apelyasiya Məhkəməsinin
hakimləri və əməkdaşları Heydər
Əliyev Fondu ilə tanış olmuşlar.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı ziyarətə
gələn qonaqlara fondun fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir.
Bildirilmişdir ki, Azərbaycan
xalqının ümummilli
liderinin xatirəsinə
ehtiram əlaməti olaraq yaradılan fondun məqsədi görkəmli siyasi xadim Heydər Əliyevin zəngin dövlətçilik və
siyasi irsini öyrənmək, Azərbaycanın
sosial-iqtisadi, mədəni
tərəqqisinə yönələn
genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə,
xarici qonaqlarda əyani təsəvvür
yaratmaq, ölkəmizin
mədəniyyəti və
tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək
göstərməkdir.
Ümummilli liderin şəxsi arxivindən götürülən eksponatlar
qonaqlarda zəngin təəssürat yaratmışdır.
Heydər Əliyevin dövlətçiliyə sonsuz
sədaqəti və millətsevərliyi, sözün
həqiqi mənasında,
nəsillərə örnəkdir.
Ulu öndərin müxtəlif dövrlərdə
respublikamıza rəhbərlik
etdiyi illərdə çəkilmiş fotolar
və qiymətli eksponatlar şərəfli
ömrün salnaməsini
xatirələrdə bir
daha canlandırır.
Məlumat verilmişdir ki,
zəngin, şərəfli
və mənalı ömrünün 25 ilini dövlət təhlükəsizlik
orqanlarında xidmətə
həsr edən ümummilli lider dövlətçiliyimizin möhkəmlənməsində,
xalqımızın milli
maraqlarının və
mənafelərinin qorunmasında
böyük işlər
görmüşdür.
Ulu öndər şərəfli ömür
yolunu bütünlükdə
doğma Vətəninin
tərəqqisi işinə
həsr etmişdir. Azərbaycanın dünəni,
bu günü və sabahı Heydər Əliyevin ölməz adı və əbədiyaşar
ideyaları ilə bağlıdır.
Fondla tanışlıqdan
sonra məhkəmənin
hakimləri və əməkdaşları dahi
şəxsiyyətin həyat
və fəaliyyətindən
bəhs edən "Böyük ömrün anları" filminə baxmışlar. Qonaqlar fonddan zəngin təəssüratla ayrılmışlar.
Azərbaycan.- 2011.-6 may.- S.8.