Prezident İlham Əliyev
İmişlidə "Azərsun Holdinq" şirkətinin
müəssisələri ilə tanış olmuş, yem
fabrikinin açılışında, kəllə qənd
zavodunun təməlqoyma mərasimində iştirak etmişdir
Azərbaycan Prezidenti İlham Əliyev mayın 5-də İmişli rayonuna səfəri çərçivəsində "Azərsun Holdinq" şirkətinin müəssisələri ilə tanış olmuş, yem fabrikinin açılışında, kəllə qənd zavodunun təməlqoyma mərasimində iştirak etmişdir.
Dövlət başçısı əvvəlcə "Green Land" yem fabrikinin açılışında iştirak etdi.
Bildirildi ki, Prezident İlham Əliyevin sahibkarlığın inkişafına dəstək siyasətinə uyğun olaraq, "Green Land" yem fabriki dövlətin güzəştli krediti və "Azərsun Holdinq"in vəsaiti hesabına inşa olunmuşdur.
Dövlət başçısı fabrikdə istehsal olunan hazır yem məhsullarına baxdı. Qeyd edildi ki, təqribən bir hektar ərazisi olan fabrikdə qaramal və davar, eləcə də broyler və yumurtalıq quş yemləri istehsal olunacaqdır.
Prezident İlham Əliyev fabrikin idarəetmə mərkəzindən istehsal prosesini izlədi.
Dövlət başçısına məlumat verildi ki, fabrik mərkəzləşdirilmiş kompüter sistemi ilə idarə olunur. Bir sözlə, prosesə insan müdaxiləsi yoxdur. Hazırda fabrikdə idarə olunan sistem dövlət standartlarına uyğundur.
Fabriklə tanış olan Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, 80 nəfərin işlə təmin olunduğu müəssisənin illik istehsal gücü 150 min tondur. Burada altı xam maddə, bir hazır məhsul anbarı da vardır.
Dövlət başçısı şirkətin bitki yağları fabriki ilə də tanış oldu.
Bildirildi ki, müəssisə 1,2 hektar ərazini əhatə edir.
Prezident
İlham Əliyev fabrikdə istehsal prosesini izlədi. Qeyd olundu ki,
müəssisədə quraşdırılmış
avadanlıqlar ən müasir standartlara cavab verir.
Dövlət
başçısı fabrikdə istehsal olunan məhsulların
nümunələrinə də baxdı. Məlumat
verildi ki, müəssisədə həm xam bitki
yağları, həm də günəbaxan cecəsi və
soya jımıxı hazırlanacaqdır. İllik
istehsal gücü 60 min ton olan fabrikdə 80 nəfər
işlə təmin edilmişdir. Müəssisədə
Azərbaycanda ən böyük üç saxlama anbarı
yaradılmışdır. Anbarın
quraşdırılmasında Sahibkarlığa Kömək
Milli Fonduna müraciət olunmuş və dövlətin
güzəştli kreditlərindən istifadə edilmişdir.
Sonra Prezident
İlham Əliyev müəssisədə yağın
alınması prosesinin son mərhələsini izlədi.
Dövlət
başçısı xam şəkər saxlanılacaq anbar
ilə də
Prezident İlham Əliyev
küspə qurutma sexi ilə
Qeyd olundu ki, burada yüksək
keyfiyyətli həm peletli, həm də peletsiz
çuğundur cecəsi hazırlanacaqdır. Bu yemlər ətlik,
südlük mal-qara və qoyunlara verilən samanın və
otun keyfiyyətini artırır. Müəssisədə həmçinin
melas qarışıqlı heyvan yeminin də
hazırlanması nəzərdə tutulur. Sexin illik istehsal
gücü 15 min tondur. Burada 30 nəfər işlə təmin
olunmuşdur. Avadanlıqlar isə hazırda bu sahədə
inkişaf etmiş ölkələrdə istifadə olunan
avadanlıqlardır.
Dövlət
başçısı kəllə qənd zavodunun təməlqoyma
mərasimində də iştirak etdi.
Zavodun sxemi ilə
tanış olan Prezident İlham Əliyevə məlumat
verildi ki, müəssisənin tikintisi üçün 7,5
hektar torpaq sahəsi ayrılmışdır. İllik istehsal
gücü 60 min ton olan müəssisədə müxtəlif
çeşiddə kəllə qənd hazırlanacaqdır. Zavod
işə düşdükdən sonra 220 nəfər işlə
təmin olunacaqdır.
Prezident İlham Əliyevə
Azərbaycan Şəkər İstehsalat Birliyinin sənaye
spirti zavodu barədə məlumat verildi. Burada 96 dərəcə
sənaye etil spirti hazırlanır.
Qeyd edildi ki, ərazidə Azərbaycan
Şəkər İstehsalat Birliyinin bütün əməkdaşları
üçün 700 nəfərlik yeməkxana binası
inşa olunmuşdur.
Dövlət
başçısı gilizi təmələ buraxdı və
beton qarışığı tökdü.
Prezident
İlham Əliyev zavodun tikintisi ilə bağlı
tapşırıq və tövsiyələrini verdi.
Azərbaycan Prezidenti İlham ƏLİYEV müəssisənin kollektivi ilə görüşərək dedi:
- Sizi təbrik edirəm. Bura artıq böyük bir sənaye mərkəzinə çevrilib. Vaxtilə şəkər zavodunun tikintisi nəticəsində bu ərazi abadlaşıb. Artıq burada bir neçə gözəl, müasir müəssisə yaranıbdır. Bu müəssisələrdə həm iş yerləri yaranır, həm yerli istehsal təmin edilir, idxaldan asılılığımız azalır. Bir sözlə, burada bütün bu işlər Azərbaycan dövlətinin iqtisadiyyatla bağlı olan inkişaf proqramına uyğun şəkildə təmin olunub. Bu, məni çox sevindirir, çünki Azərbaycanın inkişafı hərtərəfli olmalıdır. Biz kənd təsərrüfatını, emal sənayesini inkişaf etdirməliyik. Belə gözəl müəssisələrin yaradılması məqsədimizə tam uyğundur. Həm iş yerləri, yerli istehsal, gözəl müasir avadanlıq və daxili tələbata hesablanmış, eyni zamanda, ixracyönümlü məhsulların istehsalı təmin edilir.
Təməl daşını qoyduğumuz kəllə qənd zavodu da əminəm ki, yaxın zamanlarda tikiləcək və gözəl, keyfiyyətli məhsul istehsal edəcəkdir.
Sizi təbrik edirəm. Sizə yeni uğurlar arzulayıram.
AzərTAc
Azərbaycan.- 2011.- 7 may.- S. 1.