Azərbaycan Prezidenti İlham Əliyev Zərdab rayonunda olmuşdur
Mayın 6-da Ağcabədiyə səfərini başa çatdıran Azərbaycan Prezidenti İlham Əliyev Zərdab rayonuna gəlmişdir.
Dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Prezident İlham Əliyev rayonun mərkəzində ümummilli liderin adını daşıyan parkda Heydər Əliyev Mərkəzinin eskiz layihəsinə baxdı.
Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin tikintisi çərçivəsində hazırlıq işləri ilə də tanış oldu, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Dövlətimizin başçısına rayonda görülən işlərlə bağlı ətraflı məlumat verildi.
(Geniş hesabat qəzetin növbəti nömrəsində dərc olunacaqdır).
AzərTAc
Azərbaycan.- 2011.- 7 may.- S. 6.