"Ulu Heydər" kitabının təqdimatı olmuşdur

 

Mayın 6-da Beynəlxalq Mətbuat Mərkəzində "Ulu Heydər" kitabının təqdimatı olmuşdur.

AzərTAc xəbər verir ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə ithaf edilmiş kitab şair-publisist Mirkazım Seyidovun nəfis tərtibatda çap olunmuş növbəti əsəridir. Azərbaycan, ingilis rus dillərində işıq üzü görən kitabda müəllifin müstəqillik qazandıqdan sonra ağır vəziyyətə düşən, parçalanmaq azadlığını itirmək təhlükəsi ilə üzləşən Azərbaycanın narahat günləri təsvir edilmişdir.

M.Seyidov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin öz xalqı tarix qarşısında xidmətlərini poetik dildə qələmə almışdır. Kitabda ulu öndərin 1993-2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyəti, ümummilli liderin Vətən, xalq sevgisi, dərin diplomatiyası, idarəçilik bacarığı oxucuya məharətlə çatdırılır.

Qələm sahibinin geniş oxucu kütləsinə təqdim etdiyi "Ulu Heydər" kitabı şairin bədii təfəkkürünün daha da dərinləşdiyini, onun idrak süzgəcindən keçən duyğuların daha da zənginləşdiyini göstərir. Əsər ulu öndər Heydər Əliyevin qlobal fəaliyyətinin poetik dildə ifadəsidir.

Tədbiri giriş sözü ilə açan Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli əsəri yüksək qiymətləndirmiş, bununla oxuculara böyük töhfə verildiyini vurğulamışdır. Bildirmişdir ki, kitab bütövlükdə dahi şəxsiyyətə, Heydər Əliyev dühasına poetik ehtiramın misralara düzümlənmiş əks-sədasıdır.

"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev digəriləri sanballı əsərə görə müəllifə minnətdarlıqlarını ifadə etmiş, yeni yaradıcılıq nailiyyətləri arzulamışlar. Onlar dahi şəxsiyyətin doğum gününün dünyanın bir çox ölkələrində qeyd edilməsinin heç təsadüfi olmadığını, bunun xalqımızın ulu öndərə sonsuz məhəbbətindən irəli gəldiyini söyləmişlər.

Natiqlər həmçinin ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası nəticəsində ölkədə hakimiyyət böhranının aradan qaldırıldığını, vətəndaş müharibəsinə son qoyulduğunu diqqətə çatdırmışlar. Qeyd etmişlər ki, daha sonra Dağlıq Qarabağ münaqişəsində atəşkəs əldə edilmiş, milli ordu quruculuğuna başlanmış, sosial-iqtisadi hüquq sahəsində mütərəqqi islahatlar aparılmış, makroiqtisadi sabitliyə nail olunmuşdur.

Vurğulanmışdır ki, Azərbaycanın inkişafında müstəsna xidmətləri olan Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

 

Azərbaycan.- 2011.-7 may.- S. 9.