DİA-da elmi konfrans keçirilmişdir
Mayın 6-da Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında (DİA) professor-müəllim heyətinin
iştirakı ilə ümummilli lider Heydər Əliyevin
anadan olmasının 88-ci ildönümünə həsr
edilmiş "Heydər Əliyevin milli inkişaf
strategiyası fəaliyyətdədir" mövzusunda elmi
konfrans keçirilmişdir.
DİA-nın
birinci prorektoru professor Əlikram Abdullayev tədbiri açaraq
iştirakçılara mövzu ilə bağlı geniş məlumat
vermişdir.
Öz dühası və fədakar fəaliyyəti ilə Azərbaycana
sülh, əmin-amanlıq, firavanlıq gətirmiş
böyük xilaskar, bütün dünyada tanınan görkəmli
siyasətçi, müstəqil Azərbaycan dövlətinin
memarı və qurucusu, həyatını xalqına, vətəninə
həsr edən ulu öndər Heydər Əliyevin Azərbaycan
tarixində demokratik və hüquqi dövlət
quruculuğunda müstəsna rolundan
danışmışdır. Natiq Heydər Əliyevin
xalqını və vətənini ürəkdən sevən,
onun uğrunda çox böyük fədakarlıqlar göstərmiş,
adı və əməlləri ilə dünya durduqca
yaşayacağını vurğulamış, onun həyat və
fəaliyyətinin gələcək nəsillər
üçün əsl nümunə olacağını qeyd
etmişdir.
Sonra DİA-nın Geostrateji
Araşdırmalar Mərkəzinin direktoru, AMEA-nın
müxbir üzvü, iqtisad elmləri doktoru, professor Əli
Nuriyev "Reallıqdan yaranan və müvəffəqiyyətlə
davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası",
professor Nigar Ələkbərova "Azərbaycan
Respublikasında idarəçi kadrların hazırlanması
Heydər Əliyevin milli inkişaf strategiyasının tərkib
hissəsi kimi", dosent Fəxrəddin Nağıyev
"Heydər Əliyev və Azərbaycan Respublikası Konstitusiya
quruculuğu", dosent Eldar Azadov "Heydər Əliyev və
Azərbaycanda yerli özünüidarəetmənin
inkişafı", dosent Elçin Əhmədov "Heydər
Əliyevin xarici siyasət kursu və Azərbaycanın
uğurları" mövzularında məruzə etmişlər.
AzərTAc
Azərbaycan.- 2011.- 7 may.- S. 10.