BSU-nun məktəb-lisey kompleksində şagird-tələbə elmi konfransı keçirilmişdir

 

Bakı Slavyan Universitetinin (BSU) məktəb-lisey kompleksində ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "Müasir Azərbaycan ulu öndər Heydər Əliyevin ideyaları ugrunda" mövzusunda ənənəvi şagird-tələbə elmi konfransı keçirilmişdir.

Konfransda Bakı məktəbliləri tələbələrlə yanaşı, ilk dəfə olaraq Laçın, Ağdam, Xocavənd, Cəbrayıl rayonlarında yerləşən qaçqın köçkün məktəblərinin istedadlı şagirdləri iştirak etmişlər.

Konfransı giriş sözü ilə açan universitetin rektoru professor Kamal Abdullayev bildirdi ki, universitet alimləri konfransdan əvvəl qaçqın məktəblərində olmuş, şagirdlərin elmi işlərinə rəhbərlik etmişlər. Rektor xüsusi qeyd etdi ki, Azərbaycan təhsili sıçrayış dönəmindədir bu inkişafın təməli məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. İndi Rusiyada Belarusda "Azərbaycan dili mədəniyyəti mərkəzləri" fəaliyyət göstərir. Həmin mərkəzlərdə başqa millətdən olan tələbələr azərbaycanşünaslıq ixtisasına yiyələnir bizim dilimizi həvəslə öyrənirlər. Azərbaycanın bugünkü beynəlxalq durumuna, hökm sürən ictimai-siyasi sabitliyinə, yüksək iqtisadi potensialı mədəni irsinə görə xarici ölkələrdə dilimizi öyrənməyə ehtiyac duyurlar. Ölkəmizin geniş perspektivlərini müşahidə edərək onlar məhz Azərbaycan üzrə mütəxəssis olmaq istəyirlər. Bugünkü milli qürurumuza görə biz ulu öndər Heydər Əliyevə minnətdarıq.

Konfrans "Heydər Əliyev Azərbaycan iqtisadiyyatı", "Ulu öndər müasir Azərbaycan təhsili", "Heydər Əliyev Azərbaycan mədəniyyəti ədəbiyyatı", "Ulu öndərin irsini necə öyrənir təbliğ edirik?", "Müasir Azərbaycanda gənclər idman hərəkatı" bölmələri üzrə təşkil olunmuşdu. Bakı məktəbliləri, tələbələr, qaçqın köçkün məktəblərinin gənc istedadları ana dili ilə yanaşı, xarici dillərdə məruzələrlə çıxış etdilər. Bölmə iclaslarına universitetin alimləri məktəb müəllimləri ilə birgə şagird tələbələr rəhbərlik edirdilər.

BSU-nun məktəb-lisey kompleksinin, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin, Bakı Türk Anadolu Liseyinin, Bakı şəhəri 190, 18, 240, 5, 164 nömrəli məktəblərin, Bülbül adına orta ixtisas məktəbinin, bağça-məktəb lisey kompleksinin, Ağdam rayonundakı 24 nömrəli, Xocavənd rayonunun Tuğ kənd, Laçın rayonunun Zələbixan kənd, Cəbrayıl rayonunun Vahid İsmayılov adına Zərəkən kənd orta məktəblərinin VIII-XI sinif şagirdləri maraqlı məruzələrlə çıxış etdilər.

Bakı Türk Anadolu Liseyinin direktor müavini Özgen Dikmen lisey şagirdlərinin bu konfransa böyük həvəslə qatıldıqlarını bildirdi. Cəbrayıl rayon Çərəkən orta məktəbinin direktoru Əziz Musayev Heydər Əliyevin qaçqın düşərgəsinə gəlişindən, çadırlarda dərs keçən şagirdlərlə görüşündən ehtiramla söz açdı.

Laçın, Ağdam, Xocavənd, Cəbrayıl rayonlarından gələn şagirdlər BSU-nun professor-müəllim heyəti ilə, tədris-mədəniyyət mərkəzləri, muzeyi, kitabxanası, ayrı-ayrı fakültələri ilə yaxından tanış oldular.

Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olundu.

 

 

Azərbaycan.- 2011.-  7 may.- S. 10.