Olimpiadada 11 ali məktəbin tələbə magistrləri iştirak etmişlər

 

Azərbaycan Dövlət İqtisad Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "Vergilər" mövzusunda V olimpiada keçirilmişdir. Olimpiadada Bakı respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən 11 ali məktəbin 250-dək tələbə magistrantı iştirak etmişlər.

Tədbirin açılışında çıxış edən vergilər nazirinin müavini Sahib Ələkbərov bildirmişdir ki, Azərbaycanda müasir vergi xidmətinin yaradılması ümummilli liderin adı ilə bağlıdır. Məlumat vermişdir ki, ölkədə aparılan iqtisadi islahatların tərkib hissəsi olan vergi sisteminin müasir standartlar əsasında formalaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Dövlət başçısı İlham Əliyev vergi orqanlarının qarşısına ciddi vəzifələr qoymuşdur. Bu vəzifələrdən biri cəmiyyətdə, o cümlədən gənclər arasında vergi mədəniyyətinin yüksəldilməsidir.

Daha sonra S.Ələkbərov olimpiadada yüksək nəticə qazanan tələbələrin bu dəfə vergi xidmətinə işə qəbul zamanı müəyyən üstünlüklər əldə edəcəyini vurğulamışdır.

Nazirliyin Tədris Mərkəzinin hazırladığı sualların cavablarını iştirakçı ali məktəblərin təmsilçilərindən ibarət münsiflər heyəti xüsusi kompüter proqramları vasitəsilə yoxladıqdan sonra qaliblər müəyyənləşmiş onlar diplom, eləcə qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

 

 

Azərbaycan.- 2011.- 7 may.- S. 10.