Azərbaycan ilə Monteneqro
arasında iqtisadi əlaqələrin inkişafı
üçün geniş potensial vardır
Monteneqroya rəsmi səfəri çərçivəsində mayın 5-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bu ölkənin Prezidenti Filipp Vuyanoviç, Baş nazir İqor Lukşiç, parlamentin Sədri Ranko Krivokapiç və Bar şəhərinin meri Jarko Paviçeviç ilə görüşləri olmuşdur.
Azərbaycanın Xarici İşlər Nazirliyindən AzərTAc-a bildirmişlər ki, görüşlərdə E.Məmmədyarovun Monteneqroya səfərinin, eyni zamanda, keçən il noyabrın 26-27-də monteneqrolu həmkarı Milan Roçenin ölkəmizə gəlməsinin qarşılıqlı əlaqələrin inkişafı baxımından önəmli olduğu vurğulanmış, dövlətlərimiz arasında münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı imkanlar yaradacağına əminlik bildirilmişdir.
Azərbaycanlı nazirin Monteneqro Prezidenti ilə görüşdə Filipp Vuyanoviç vurğulamışdır ki, onun ölkəsi bütün dövlətlərin ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmətlə yanaşır.
Bundan əlavə, görüşdə Azərbaycan ilə Monteneqro arasında ikitərəfli münasibətlərin genişləndirilməsinin vacibliyi qeyd olunmuşdur.
E.Məmmədyarov
Azərbaycan ilə Monteneqronun dost ölkələr
olduğunu, iki dövlət arasında iqtisadi əlaqələrin
inkişafı üçün də geniş potensialın
olduğunu vurğulamışdır. Nazir
qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin
inkişafına xidmət edəcəyinə ümidvar
olduğunu deyərək Azərbaycan ilə Monteneqro
arasında münasibətləri təkcə ikitərəfli
müstəvidə deyil, eləcə də ölkələrimizin
üzv olduğu beynəlxalq təşkilatlar çərçivəsində
inkişaf etdirməyin vacibliyini bildirmişdir
Azərbaycan.- 2011.- 7 may.- S. 10.