Fövqəladə Hallar Nazirliyində görüş

 

Polşanın Azərbaycandakı səfiri Mixail Labenda mayın 6-da fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovla görüşmüşdür.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə K.Heydərov FHN-in strukturu, fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr barədə ətraflı məlumat vermişdir. O, həmçinin fövqəladə halların idarə edilməsi sahəsində zəngin təcrübəyə malik dövlətlərin müvafiq qurumları ilə, habelə beynəlxalq regional təşkilatlarla əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışmışdır.

Səfir öz növbəsində, hər iki dövlətin müvafiq qurumları arasında əməkdaşlığın dərinləşməsinin əhəmiyyətini qeyd etmişdir.

 

 

Azərbaycan.- 2011.-7 may.- S. 10.