"Yaşayan tarix" layihəsi
təqdim edilmişdir
Mayın 6-da Bakı Biznes Mərkəzində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşəbbüsü, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 1941-1945-ci illər Böyük Vətən müharibəsində azərbaycanlıların göstərdikləri şücaəti işıqlandıran "Yaşayan tarix" layihəsinin təqdimatı keçirilmişdir.
AzərTAc xəbər verir ki, Azərbaycanın Dövlət himni səsləndikdən sonra layihə haqqında geniş məlumat verilmiş və eyniadlı sənədli film nümayiş olunmuşdur.
Çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev layihənin əhəmiyyətindən, Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda böyüməsinin vacibliyindən və ATGTİ-nin uğurlu fəaliyyətindən danışmışdır. Nazir müavini demişdir ki, ölkə gəncləri Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün silaha sarılmağa hər zaman hazırdırlar. Tələbələr tərəfindən çəkilmiş bu film gənclərimizin torpağa və dövlətçiliyə sıx bağlı olmasının təcəssümüdür. Mən əminəm ki, bizim üçrəngli bayrağımız Şuşada, Xankəndidə dalğalanacaqdır. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı gənclərimizin həyatında mühüm bir dönüş olacaqdır. Bu proqram gənclərin təklif, rəyləri ilə hazırlanacaq, onların maraqlarını özündə əks etdirəcəkdir.
Prezident
Administrasiyası İctimai-siyasi məsələlər
şöbəsinin məsul işçisi Rasim Mirzəyev
layihənin həyata keçirilməsini gənclərin vətənpərvərlik
ruhunda böyüməsi üçün uğurlu addım
adlandırmış, gənclərə hərbi işin sirlərinin
öyrədilməsinin vacibliyini qeyd etmiş, Azərbaycan
Prezidenti İlham Əliyevin bu sahədə həyata
keçirdiyi məqsədyönlü işlərdən
danışmışdır.
Azərbaycan.- 2011.- 7 may.- S. 10.