Azərbaycan Prezidenti İlham Əliyev
Zərdab rayonunda olmuşdur
Xəbər verdiyimiz kimi, mayın 6-da Ağcabədiyə səfərini başa çatdıran Azərbaycan Prezidenti İlham Əliyev Zərdab rayonuna gəlmişdir.
Dövlətimizin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Prezident İlham Əliyev rayonun mərkəzində ümummilli liderin adını daşıyan parkda Heydər Əliyev Mərkəzinin eskiz layihəsinə baxdı.
Parkla tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, bu istirahət mərkəzi zərdablıların ən çox üz tutduqları məkandır. Bunu nəzərə alaraq, parkın müasirləşməsi və daha da gözəlləşməsi üçün son vaxtlar bir sıra yenidənqurma işləri aparılmış, elektrik dirəkləri təzələnmiş, əraziyə 5 min kvadratmetr mərmər plitə döşənmiş, geniş yaşıllaşdırma işləri aparılmışdır.
Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin tikintisi çərçivəsində hazırlıq işləri ilə də tanış oldu. Dövlətimizin başçısına məlumat verildi ki, ulu öndərin əziz xatirəsini əbədiləşdirmək və onun zəngin irsinin öyrənilməsi məqsədi ilə yaradılacaq mərkəzin ümumi sahəsi min kvadratmetrdən artıq olan ikimərtəbəli binasında ümummilli liderin titanik ictimai-siyasi fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən fotolar, kitablar və digər eksponatlar nümayiş olunacaqdır. Birinci mərtəbədə gənclərin müxtəlif sənət vərdişlərinə yiyələnməsi üçün rəsm, şahmat, kompüter, xalçaçılıq otaqları və digər otaqlar yerləşəcəkdir. İkinci mərtəbə iclas zalı və kitabxanadan ibarət olacaqdır.
Prezident İlham Əliyev Zərdab rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Zərdablılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Prezident İlham ƏLİYEV ictimaiyyət nümayəndələrini salamlayaraq soruşdu:
- Zərdab rayonunda işlər
necə gedir?
SAKİN: Əla,
yüksək səviyyədə.
Prezident İlham
ƏLİYEV: Çox yaxşı.
SAKİN:
Allah Sizə ömür versin! Allah Sizi qorusun! Cənab Ali
Baş Komandan, biz Sizdən çox razıyıq. Biz Sizi
ürəkdən sevirik. Həsən bəy Zərdabi yurdu həmişə
Sizi dəstəkləmişdir. Siz ulu öndərin siyasətini
uğurla davam etdirirsiniz. Bu möhtəşəm işlərə
görə Sizə çox minnətdarıq. Rayonumuza təyin
etdiyiniz başçı da bizə çox yaxşı
baxır. Rayonumuz çox abadlaşıb. Bu, bizi çox
sevindirir. Zərdabda çox gözəl işlər
görülür. Ümumiyyətlə, Siz çox gözəl
insansınız.
Prezident İlham ƏLİYEV: Çox sağ olun, təşəkkür
edirəm.
SAKİN:
Allah Sizi Azərbaycan xalqına çox görməsin. Siz Azərbaycan
üçün böyük işlər
görürsünüz.
Prezident İlham ƏLİYEV: Sağ olun.
SAKİN:
Hörmətli Prezident, mən çox şadam ki, Sizin
atanızla, ulu öndərimizlə də
görüşmüşəm. Çox xoşbəxtəm
ki, indi Sizinlə görüşürəm.
Prezident İlham ƏLİYEV: Çox sağ olun. Mən
çox şadam ki, burada işlər yaxşı gedir, burada
böyük planlar vardır. Hər bir rayon üzrə konkret
proqramlar var, təkliflər vardır. İndi yerlərdən
gələn təkliflərə baxırıq. Hər bir rayon
üzrə konkret proqram icra olunmalıdır. O cümlədən
Zərdab rayonunda bütün işlər yüksək səviyyədə
görülməlidir. Rayonların inkişafı, abadlıq,
quruculuq işləri, yolların, su, qaz xətlərinin
çəkilişi, bütün bu məsələlər
çox vacibdir. Hər bir rayon üzrə konkret proqram icra
olunur. Ona görə mən istəyirəm Sizdən
soruşum, hansı məsələlər öz həllini
gözləyir, hansı məsələlərə daha da
böyük diqqət göstərilməlidir? Harada biz daha da
çevik siyasət aparmalıyıq?! Mənim bölgələrə
səfərlərimin səbəbi bundan ibarətdir. Həm vəziyyətlə
tanış olmaq, həm də Sizdən eşitmək ki, əlavə
hansı işlər görülməlidir?
SAKİN:
Hörmətli cənab Prezident, bu gün rayonumuzun camaatı
çox sevinir ki, Siz Zərdaba ikinci dəfə təşrif
buyurmusunuz. Bu səfər insanların qəlbində çox
böyük qürur, sevinc hissi yaradır. Sizə "Xoş
gəlmisiniz" deyirik.
Rayondakı abadlıq,
quruculuq işlərindən danışan müəllimə
Vüsalə KƏRİMOVA bir çox sosial obyektlərin,
xidmət müəssisələrinin, Qarabağ əlilləri
üçün mənzillərin inşa edildiyini, yolların
abadlaşdırılmasının geniş vüsət
aldığını diqqətə çatdırdı. O,
son illər rayonda yeni məktəblərin tikilməsinə,
onların maddi-texniki bazasının güclənməsinə
dövlət dəstəyi ilə yanaşı, Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da
xidmətlərini xüsusi qeyd etdi.
Prezident İlham ƏLİYEV: Sizdə qazlaşdırma ilə
bağlı vəziyyət necədir?
SAKİN:
Yaxşıdır. Bu işə kəndlərdə də
başlayıblar.
Prezident İlham ƏLİYEV: Başlayıblarmı?
SAKİN:
Bəli, başlayıblar.
Prezident İlham ƏLİYEV: Bəs rayon mərkəzi necə,
qazlaşdırılırmı?
Rayon icra hakimiyyətinin
başçısı Lütvəli
BABAYEV: Cənab Prezident, rayonun mərkəzi tamamilə
qazlaşdırılıb. Hazırda Sizin diqqət və
qayğınız sayəsində Dövlət Proqramına
uyğun olaraq 41 kənddə qazlaşdırma işlərinə
başlanılıb və hazırda işlər sürətlə
gedir. Bayaq qeyd olunduğu kimi, təbii fəlakətin rayonumuza
vurduğu ziyanın nəticələri Sizin diqqət və
qayğınız sayəsində tez bir zamanda aradan
qaldırılıb. 60,6 kilometr uzunluğunda, 8 metr enində bənd
işləri görülüb.
Prezident İlham ƏLİYEV: Tikilib qurtarıb?
Lütvəli BABAYEV: Xeyr, Kürün Zərdab rayonu ərazisindən
keçən 87 kilometrlik hissəsində Sizin
tapşırığınıza əsasən hazırda 233
texnika, 300 canlı qüvvə bəndbərkitmə işləri
ilə məşğuldur.
Prezident İlham ƏLİYEV: İşlər necə gedir,
sürətlə gedirmi?
Lütvəli BABAYEV: Bəli, sürətlə gedir. İnsanlarımız
çox razıdırlar və bu gün əhval-ruhiyyə
çox yüksək səviyyədədir.
Prezident İlham ƏLİYEV: Bəs evlərin tikintisi necə
gedir?
Lütvəli BABAYEV: Cənab Prezident, Sizin tapşırığınıza
əsasən yaradılmış komissiya - Fövqəladə
Hallar Nazirliyinin alt komissiyası üç dəfə bizim
rayonumuzda olmuş, dəymiş ziyan yüksək diqqət və
qayğınız sayəsində aradan
qaldırılmışdır. Hazırda həmin ərazidə
məktəb, bağça, tibb məntəqəsi
binaları inşa olunur və işlər yüksək səviyyədə
gedir. Bu ərazi Zərdabın ən yüksək yeridir. Nə
qədər su daşsa da, təhlükə yoxdur.
Prezident İlham ƏLİYEV: Heç bir təhlükə
yoxdur?
Lütvəli BABAYEV: Xeyr, cənab Prezident, yoxdur. 2010-cu ildə
Göyçay, Türyançay çayları da təhlükə
törədirdi. Sizin tapşırığınıza əsasən
görülən işlər sayəsində o təhlükə
tamamilə aradan qaldırılmışdır. İndi
sürətlə bəndbərkitmə işləri
aparılır.
Prezident İlham ƏLİYEV: Çox yaxşı. Elektrik
enerjisi ilə təchizat sarıdan vəziyyət necədir?
Qaydasındadırmı?
SAKİNLƏR: Çox yaxşıdır. Qaydasındadır.
Prezident İlham ƏLİYEV: Rayon üçün əlavə
nə işlər görülməlidir? Hansı təklifləriniz,
təşəbbüsləriniz var? Hansı məsələlər
tezliklə öz həllini tapmalıdır?
SAKİN:
Sizin tapşırığınıza əsasən hazırda
rayonumuzda kanalizasiya və içməli su məsələləri
həll olunur.
Prezident İlham ƏLİYEV: Layihəyə
başlayıblar?
SAKİN:
Nümayəndələr gəliblər.
Prezident İlham ƏLİYEV: Yaxın zamanlarda
başlamalıdır.
Lütvəli BABAYEV: Möhtərəm Prezident, Sizin
tapşırığınıza əsasən Dövlət
Proqramında Zərdab rayonu ilə bağlı nəzərdə
tutulmuş 13 maddənin 10-u artıq həyata
keçirilmişdir. Biri idman kompleksinin tikintisidir.
Prezident İlham ƏLİYEV: O layihə vardır.
Lütvəli BABAYEV: Bəli, vardır. Sizin tapşırığınızla Dövlət Proqramına daxil edilmiş bu məsələlər zərdablılar üçün çox vacibdir. Artıq o işlərə başlanılıb.
Prezident İlham ƏLİYEV: Su və kanalizasiya xətlərinin çəkilişinə tezliklə başlanmalıdır. Yəqin ki, ya bu il, ya gələn il başlanmalıdır və iki il ərzində bütün bu layihə başa çatmalıdır. Əfsuslar olsun ki, su və kanalizasiya xətlərinin çəkilişi bütün bölgələr üçün ənənəvi problem olaraq qalır. Artıq bu işlərə də təkan verilmişdir. Bəzi rayonlarda işlər başlayıb, bəzi rayonlarda hazırlıq işləri gedir. Yaxın zamanlarda bu məsələ də öz həllini tapacaq. Beləliklə də qazlaşdırma, elektrik enerjisi ilə təchizat, su, kanalizasiya xətlərinin, kənd yollarının çəkilişi - bunlara da böyük ehtiyac var. Zərdab rayonunda da kənd yolları, əksər yollar torpaq yollarıdır. Onlara da asfalt vurulmalıdır. Konkret təkliflər verin. Bəzi rayonlarda müəyyən işlər görülüb, yollar çəkilib, burada da çəkilməlidir. Rayonda neçə kənd vardır?
Lütvəli BABAYEV: 41 kəndimiz vardır.
Prezident İlham ƏLİYEV: Əhali nə qədərdir?
Lütvəli BABAYEV: Hazırda rayonumuzun 54 min əhalisi vardır. Sizin tapşırığınıza əsasən artıq 41 kənddə 119 kilometr kəndarası yollar çəkilməlidir.
Prezident İlham ƏLİYEV: Təkliflərinizi vermisiniz?
Lütvəli BABAYEV: Bəli, cənab Prezident vermişik.
SAKİN:
Cənab Prezident, veteranlarımız da, gənclərimiz də
Sizi həddən artıq çox istəyirlər.
Prezident İlham ƏLİYEV: Sağ olun, mən də sizi
çox istəyirəm. Veteranlara həmişə
qayğı göstərilibdir və göstəriləcəkdir.
O vəsait bu günlərdə sizə çatıbmı?
SAKİN:
Çatıb. Bu diqqət və qayğı bizi çox
sevindirir.
Prezident İlham ƏLİYEV: Siz buna layiqsiniz.
SAKİN:
Mən idmançı olmuşam, birinci dərəcəli
alpinistəm. Veteranlarımız da, gənclərimiz də
Sizin siyasətinizi dəstəkləyirlər. Biz
hamımız bir nəfər kimi, Sizin ətrafınızda
birləşmişik. Sizin sadiq köməkçilərinizik.
Prezident İlham ƏLİYEV: Sağ olun. Mən bir qədər
əvvəl vəsait ayırdım ki, bayrama qədər
hamıya çatsın. Pensiyaların da məsələsinə
baxılır, yenə də baxılacaqdır.
Gənclər
üçün də şərait yaradılıb, Dövlət
Proqramı qəbul olunacaqdır. Hər yerdə gənclər
mərkəzləri tikilməlidir. Gənclərimiz ölkəmizin
inkişafı yolunda fəal işləməli və
çalışmalıdırlar. Bütün insanlar bir məqsəd
uğrunda çalışmalıdırlar ki, ölkəmizi
daha da gücləndirək, inkişaf etdirək, müasir
dövlət yaradaq. Buna nail olmaq üçün bütün
rayonlarda işlər yaxşı, yüksək səviyyədə
getməlidir.
SAKİN:
Cənab Prezident, veteranlarımızın, gənclərimizin
bir arzusu vardır: Ancaq və ancaq Qarabağ məsələsi
həll olunsun. Əminik ki, Sizin səyləriniz nəticəsində
bu məsələ həllini tapacaqdır. Biz bunu səbirsizliklə
gözləyirik. Sağ olun.
* * *
Rayon ictimaiyyətinin
nümayəndələri Prezident İlham Əliyev ilə
xatirə şəkli çəkdirdilər.
AzərTAc
Azərbaycan.- 2011.- 8 may.- S. 3.