Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Marius Vizerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 7-də Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Marius Vizerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə cüdoçuların Bakıda keçirilən Qran-Pri turnirinə ölkəmizin ev sahibliyi etməsindən məmnunluq ifadə olundu, Azərbaycan cüdoçularının bu turnirdə yaxşı nəticələr əldə etdikləri vurğulandı. Görüşdə, həmçinin ölkəmizdə idmana göstərilən yüksək dövlət qayğısından danışıldı, cüdoçuların Bakıda keçirilən Qran-Pri turnirinin önəmi qeyd edilərək bu tədbirin idman sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 8 may.- S. 4.