Gəncədə gül bayramı

 

Son vaxtlarda şəhərdə geniş miqyas almış abadlıq və quruculuq işlərinin əsas istiqamətlərindən biri də yaşıllıqla, gül-çiçəklə bağlıdır. Parklarda, xiyabanlarda, bağlarda, yolların kənarlarında, yaşayış məhəllələrində yaşıl zolaqlar salınır, müxtəlif güllər ətrafı bəzəyir.

Mayın 7-də mərkəzi meydanda ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar möhtəşəm gül sərgisi açılmışdır. Təhsil, mədəniyyət, səhiyyə idarələrinin işçiləri ilə yanaşı, ən müxtəlif təşkilatların nümayəndələri xalqın ümummilli liderinə olan dərin məhəbbətini zərif güllərin dili ilə bildirirdilər. Azadlığı, müstəqilliyi, elin nəcib ənənələrini, məişət səhnələrini tərənnüm edən yüzdən artıq rəngarəng gül kompozisiyası nümayiş etdirilirdi.

Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev gül bayramının iştirakçılarını salamladı. Ürəklərin ən saf duyğularını tərənnüm edən bu rəngarəng güllər müasir Azərbaycanın memarı Heydər Əliyevə ümumxalq məhəbbətinin bariz nümunəsidir.

 

 

Azərbaycan.- 2011.- 8 may.- S. 9.