Azərbaycan Respublikasının Müharibə, Əmək, Silahlı Qüvvələr Hüquq-mühafizə Orqanları Veteranları Şurasının fəaliyyətinin gücləndirilməsi maddi təminatının yaxşılaşdırılması haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Müharibə, Əmək, Silahlı Qüvvələr Hüquq-mühafizə Orqanları Veteranları Şurasının fəaliyyətinin gücləndirilməsi maddi təminatının yaxşılaşdırılması məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Müharibə, Əmək, Silahlı Qüvvələr Hüquq-mühafizə Orqanları Veteranları Şurasına Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 200 000 (iki yüz min) manat vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 may 2011-ci il

 

Azərbaycan.- 2011.-  11 may.- S. 2.