Gədəbəy Rayon Məhkəməsinin hakimi
H.T.Hüseynovun səlahiyyətlərinə
vaxtından əvvəl
xitam verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini,
habelə "Məhkəmələr
və hakimlər haqqında" Azərbaycan
Respublikası Qanununun
113-cü və 114-cü maddələrini
rəhbər tutaraq qərara alıram:
İşlərə baxarkən qanunvericiliyin tələblərini dəfələrlə
kobudcasına pozduğuna
görə Gədəbəy
Rayon Məhkəməsinin hakimi
Hüseyn Tariyel oğlu Hüseynovun səlahiyyətlərinə vaxtından
əvvəl xitam verilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
10 may 2011-ci il
Azərbaycan.- 2011.- 11 may.-
S. 2.