Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmişAzərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Əsasnaməsində dəyişiklik edilməsi haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli 138 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹10, maddə 794; 2008-ci il, ¹1, maddə 9; Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 11 mart tarixli 402 nömrəli 8 aprel tarixli 404 nömrəli Fərmanı) ilə təsdiq edilmişAzərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Əsasnaməsinin 17-ci 20-ci bəndlərindəmüavinisözümüavinlərisözü ilə əvəz edilsin.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 may 2011-ci il.

 

Azərbaycan.- 2011.- 11 may.- S. 2.