Azərbaycan Prezidenti İlham Əliyev Fransa Milli Assambleyası Müdafiə Komissiyasının sədr müavini Mişel Vuazenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Fransa Milli Assambleyası Müdafiə komissiyasının sədr müavini Mişel Vuazenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin sürətlə inkişaf etdiyi, müxtəlif sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi, parlamentlərarası əlaqələrin əhəmiyyəti vurğulandı, münasibətlərimizin daha da möhkəmləndirilməsində qarşılıqlı səfərlərin önəmi qeyd olundu.

Görüşdə Fransa Milli Assambleyası Müdafiə komissiyasının sədr müavini Mişel Vuazen ölkəsinin Azərbaycan ilə Fransa arasında münasibətlərin təkcə siyasi, iqtisadi sahələrdə deyil, humanitar digər sahələrdə inkişaf etdirilməsində maraqlı olduğunu bildirdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 11 may.- S. 4.