Latviya Respublikasının birinci xanımı Lilita Zatlere ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir

 

Azərbaycan Respublikasında səfərdə olan Latviya Respublikasının birinci xanımı Lilita Zatlere mayın 10-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstəsi qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə gül dəstəsi qoyulmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-11 may.- S. 4.