Ürəklərdə yaşayır
Əlli ilə yaxın təsərrüfat
işlərində çalışmışam.
El-oba arasında az-çox hörmətim olub. Deputat seçilmişəm. Müxtəlif məclislərdə, görüşlərdə iştirak
etmişəm. Sosialist
Əməyi Qəhrəmanı
adını almışam.
Həyatımda əlamətdar
günlər az olmayıb. Amma ulu öndər Heydər Əliyevlə olan görüşləri
ömür boyu unuda bilmərəm.
1976-cı il
sentyabrın ilk günləri
idi. Respublikamızın
rəhbəri Heydər
Əliyev rayonumuza gəlmişdi. Onda Samux indiki Göygöl
rayonu ilə bir inzibati ərazi
idi. Əvvəlcə
bizim üzüm sahələrimizə baxdı.
Hər yan tər-təmiz, yaşıl
cərgələr göz
işlədikcə uzanırdı.
Salxım-salxım sallanan
gilələr bal dadırdı.
Heydər Əliyev sahələri diqqətlə
nəzərdən keçirdi.
Üzümçülərlə söhbət etdi. Sonra da gülə-gülə
dedi ki, deyəsən, bizə ən seçmə yerləri göstərirsiz.
- Yoldaş
Əliyev - dedim. - Bizdə hər yan belədir. Məhsula söz ola bilməz.
Sonra "Bolqarıstan"
sovxozunda Səmayə
İsgəndərovanın üzüm bağlarına
baxanda məmnunluqla gülümsədi. Sanki mənim
sözümü təsdiq
etdi. Səmayə təcrübəli işçi
idi. Sinəsini çoxlu orden və medal bəzəyirdi.
Səkkiz uşaq böyütmüşdü. Oğlu
Nadir mexanizator işləyirdi.
Respublika Ali Sovetinə
deputat seçilmişdi.
Heydər Əliyev
göz oxşayan yaşıl cərgələrə
baxdı:
- Nə qədər məhsul götürürsüz?
- Keçən
il 290 sentner olub.
- Bəs
bu ilə vədiniz?..
Səmayə İsgəndərova
inamla dedi:
- Azı
üç yüz sentner!
Heydər Əliyev
özünəməxsus təbəssümlə
gülümsündü:
- Çox
gözəl - dedi. - Deputatın anası, bax, belə olar!
Umud Əliyarovun
sahəsi, deyəsən,
ölkə başçısının
daha çox xoşuna gəldi. Üzümçü alim
Famil müəllimlə
birgə "çoxmərtəbəli"
cərgələr yaratmışdı.
Heydər Əliyev
yarızarafatla:
- Elə
bil - dedi - salxımlar əllə düzülüb.
Umud da hazırcavab adam idi:
- Yoldaş
Əliyev, - dedi - bizim torpağımız çox abaddır. Tənəkləri lap altı
mərtəbəyə də
qaldırsaq, yenə məhsul verməyə gücü çatacaq.
Heydər Əliyev
onun iş üsulunu bəyəndi:
- Bu təcrübəni
yaymaq lazımdır,
- dedi.
Həmin il Umud Əliyarovun sahəsindən rekord məhsul yığıldı.
Heydər Əliyevin təşəbbüsü ilə
ona dövlət mükafatı verildi,
"Volqa" maşını
bağışlandı.
Ölkə başçısı
hər işlə maraqlanırdı. O vaxt Rusiya şəhərlərinə
çoxlu süfrə
üzümü yola salınardı. Yaxın-uzaq
ellərə məhsul
qablanan yeşikləri
nəzərdən keçirdi.
Qutulardan birinin üstündəki etiketi götürdü. Ani olaraq nə fikirləşdisə, üzünü
Dövlət Üzümçülük
və Şərabçılıq
Komitəsinin sədri
Yunis Rzayevə tutdu:
- Bunları
təzələyin - dedi.
- Başda iri hərflərlə "Azərbaycan"
sözünü yazın.
Sonra rayonun və təsərrüfatın
adı olsun. Qoy hər yerdə
bilsinlər ki, Azərbaycanın bu cür qiymətli məhsulu var.
Heydər Əliyev
üzümçülərlə, mexanizatorlarla çox səmimi söhbət edirdi. Bizim bir
şairə qızımız
var idi.
- Sizin gəlişinizə, yoldaş
Əliyev, bir şeir həsr eləmişəm, - dedi.
Heydər Əliyev
maraqla soruşdu:
- Nə,
şeir, yəni, sən şeir də yazırsan? Oxu görüm.
Sevinin, a dostlar,
sevinin - gülün.
Qayğıkeş, mehriban
bir insan gəlib.
Yurdumun fəxridir,
iftixarıdır,
Biz ata bilmişik ilk gündən
onu,
Sinəsi ulduzlu qəhrəman
gəlib.
Onun sayəsində zəfər
çalmışıq,
Əlçatmaz, ünyetməz
zirvələrdəyik.
Neçə ulduz, neçə
bayraq almışıq.
Təbiət də əlvan
nura bələnib,
Gül-çiçək
bürüyüb keçdiyi yolu.
Samuxa xoş gəlib, xoş
gəlib ellər -
Qəhrəman
xalqımın, qəhrəman oğlu.
Heydər Əliyev üzümçü şairənin yaşayışı, dolanışığı ilə maraqlandı. Elmira:
- Hər şey yaxşıdır, - dedi. - Gəncədə oluruq...
- Yol uzaq deyil ki,
çatdıra bilirsinizmi?
- Avtobus işləyir, ərim Sayad mexanizatordur. Birgə gedib-gəlirik, narahatlıq yoxdur.
Bir azdan eşitdik ki, ölkə başçısı
üzümçü-şairə Elmira Məmmədovaya "Jiquli"
bağışlayıb.
Möhtərəm Heydər
Əliyevlə bir görüşdən min bir
xatirə yarandı. Onun ulu adı,
müqəddəs əməlləri,
saralmaz-solmaz ömür
yolu hamıya və hər kəsə əbədi nümunədir.
Rayonun mərkəzində
ulu öndərin abidəsi ucaldılıb,
zəngin bir muzey düzəldilib, geniş bir sahədə Heydər parkı salınıb. Hərdən ziyarət edirəm. Bir dəstə gül-çiçək
aparır, ötənləri,
keçənləri yada
salıram. Deyirəm,
nə yaxşı xalqımızın Heydər
Əliyev kimi yolgöstərəni olub.
İndi də onun layiqli davamçısı
İlham Əliyevin rəhbərliyi ilə yaşayır, yaradırıq.
Allah sənə
qəni-qəni rəhmət
eləsin, ulu öndər!
Dilşad YOLÇUYEVA,
Samux rayonundakı
Qovlarsarı
kəndinin sakini, Sosialist Əməyi
Qəhrəmanı, Prezident təqaüdçüsü
Azərbaycan.- 2011.- 11 may.- S. 9.