Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in KİV azadlığı
üzrə nümayəndəsi
xanım Dunya Miyatoviçin başçılıq
etdiyi nümayəndə
heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi xanım Dunya Miyatoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyəti, media sahəsində Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2011.-12 may.- S. 3.