Əli Həsənov:
Azərbaycanda söz azadlığı sahəsində
görülən işlər
göz önündədir
Azərbaycanda söz azadlığı sahəsində
görülən işlər
göz önündədir.
Bir sıra beynəlxalq qurumların Azərbaycanda mətbuat azadlığının məhdudlaşdırılması
ilə bağlı hesabatları sadəcə
təəccüb doğurur.
AzərTAc xəbər verir ki, bu
sözləri jurnalistlərə
açıqlamasında Azərbaycan
Respublikası Prezidenti
Administrasiyasının ictimai-siyasi
məsələlər şöbəsinin
müdiri Əli Həsənov demişdir.
Ə.Həsənov bildirmişdir ki, əgər bir ölkənin mətbuatında
istənilən mövzuda
tənqidi fikirlərə
rast gəlinirsə, istənilən dövlət
məmurunun fəaliyyətini
araşdırmaq və
bu barədə sərbəst fikir yazmaq imkanı mövcuddursa, belə ölkədə söz, mətbuat azadlığının pozulmasından
danışmaq subyektiv
mövqe kimi qiymətləndirilməlidir.
Hər bir dövlət
kimi, Azərbaycanın
da özünün informasiya siyasəti vardır. Bu siyasətin əsas məqsədi öz dövlətinin, millətinin
maraqlarını təmin
etməkdir. Azad söz, azad jurnalistika ictimai əhəmiyyət daşımalı
və dövlətin inkişafına xidmət etməlidir.
Ə.Həsənov əlavə etmişdir ki, medianın təsis olunması, KİV-lərin və jurnalistlərin fəaliyyəti
üçün heç
bir qadağanedici qanunun, mexanizmin olmadığı Azərbaycan
kimi bir ölkədə mətbuat
azadlığının pozulması
fikrini səsləndirmək
qətiyyən doğru
ola bilməz.
Azərbaycan.- 2011.-12 may.- S. 3.