Ümummilli lider Heydər Əliyevin
xatirəsinə həsr edilmiş "Parlament kuboku-2011"
futbol turnirinin başlanmasına həsr olunmuş mərasim
keçirilmişdir
Mayın 11-də Bakı Dövlət Universitetinin (BDU) idman kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş "Parlament kuboku-2011" futbol turnirinin başlanmasına həsr olunmuş mərasim keçirilmişdir.
AzərTAc xəbər verir ki, mərasimdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov çıxış edərək ulu öndərin anadan olmasının 88-ci ildönümü münasibətilə çoxsaylı tədbirlərin keçirildiyini bildirmiş və Heydər Əliyevin ölkəmizin tarixindəki misilsiz rolundan danışmışdır.
Rektor demişdir ki,
ümummilli lideri olan xalq xoşbəxtdir. Xalq o zaman firavan ola
bilər ki, ümummilli liderin siyasəti layiqincə davam
etdirilsin. Azərbaycanlılar həmin xoşbəxt
insanlardandırlar. Azərbaycan Prezidenti İlham Əliyevin səmərəli
fəaliyyəti nəticəsində ölkəmizin
bayrağı daim yüksəklərdə olur. Ulu öndərin
doğum günü hər birimiz üçün tarixi bir
gündür. Həmin gün hər kəs sevincini bir-biri ilə
bölüşür və təşəbbüs irəli
sürür. Bu baxımdan mən Milli Məclisin təşkilatçılığı
ilə keçirilən "Parlament kuboku-2011" futbol
turnirini yüksək qiymətləndirirəm.
Milli Məclis Sədrinin
birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin
sədri Ziyafət Əsgərov ümummilli liderin xatirəsinə
həsr olunmuş turnirin əhəmiyyətindən
danışmış və ölkəmizdə idmanın həmişə
inkişafda olduğunu vurğulamışdır. Z.Əsgərov
demişdir ki, futbol artıq ölkəmizdə dövlət
siyasətidir. Yaxşı elm və təhsil almaqla
yanaşı, insanın sağlamlığında da
mühüm rol oynayır. BDU-nun fakültələrarası və
dövlət strukturları arasında keçirilən futbol
turnirləri yerində atılmış bir addımdır. Bu
yarışların keçirilməsi ilə biz bir daha ulu
öndəri xatırlayır və Azərbaycan gəncliyinin
futbola olan marağını ifadə edirik.
AFFA-nın birinci
vitse-prezidenti Rauf Əliyev ümummilli liderin anadan
olmasının 88-ci ildönümü münasibətilə
ölkəmizdə idman yarışlarının keçirilməsindən,
Azərbaycan Prezidenti İlham Əliyevin idmana olan diqqət və
qayğısının əhəmiyyətindən,
idmançılarımızın beynəlxalq turnirlərdə
ölkəmizin şərəfini layiqincə qorumasından
danışmışdır.
Azərbaycanın dövlət
himni səsləndikdən sonra mərasim konsert proqramı ilə
davam etmişdir.
Açılış mərasimindən
sonra turnirin ilk qarşılaşması Konstitusiya Məhkəməsi
ilə Milli Məclisin komandaları arasında
keçirilmişdir.
Azərbaycan.- 2011.- 12 may.- S.
4.