Rusiya paytaxtında ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş təntənəli mərasim keçirilmişdir

 

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin qonaq evində ümummilli lider, görkəmli siyasətçi dövlət xadimi Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş təntənəli mərasim keçirilmişdir.

Mərasimdə Rusiyanın rəsmi şəxsləri, Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin əməkdaşları, Azərbaycanla Dostluq Cəmiyyətinin üzvləri, bir sıra ölkələrin səfirləri, ali məktəb rektorları ölkə ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin səfirliyin binasındakı barelyefinin qarşısına çiçəklər qoymuşlar. Daha sonra mərasimə gələn qonaqlara ziyafət verilmişdir.

Səfir Polad Bülbüloğlu Heydər Əliyev şəxsiyyətinin miqyasından, ulu öndərin yorulmaz fəaliyyəti sayəsində beynəlxalq aləmdə layiqli yer tutan suveren Azərbaycan dövlətinin təşəkkül tapmasında möhkəmlənməsində onun rolundan söz açmışdır. Diplomat ümumxalq sevgisindən başqa heç nəyi olmayan böyük siyasi xadimin dağılmaq vətəndaş müharibəsi təhlükəsi qarşısında olan Azərbaycana çox ağır bir dövrdə başçılıq edərək onu parçalanmaqdan xilas etdiyini söyləmişdir. "Heydər Əliyev müasir Azərbaycanın qeyd-şərtsiz memarıdır" - deyən P.Bülbüloğlu ulu öndərin Rusiya-Azərbaycan münasibətlərinin inkişafı möhkəmlənməsindəki rolundan da danışmışdır.

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, MDB-nin icraçı katibi Sergey Lebedev, Rusiya Federasiya Şurasının sədrinin müavini Svetlana Orlova başqaları XX əsrin görkəmli siyasi xadimi barədə xoş xatirələrini bölüşərək ümummilli lider Heydər Əliyevin xalqına ölkəsinə həmişə qəlbən bağlı olduğunu söyləmişlər.

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2011.-12 may.- S. 4.