Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Azərbaycanın Macarıstandakı səfirliyi Dyör şəhərindəAzərbaycan günükeçirmişdir

 

Azərbaycanın Macarıstandakı səfirliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar ölkənin mühüm sənaye mərkəzi sayılan Dyör şəhərində “Azərbaycan günü” keçirmişdir.

Bu münasibətlə şəhərin Mərkəzi kitabxanasında “Azərbaycan-odlar yurdu” adlı sərgi təşkil edilmişdir. Sərgidə müasir Azərbaycan rəssamlarının əsərləri, ölkəmizin tarixi keçmişini və hazırkı inkişaf yolunu, eləcə də ümummilli lider Heydər Əliyevin şərəfli həyat yolunu və fəaliyyətini əks etdirən fotoşəkillər, kitab və bukletlər nümayiş etdirilmişdir.

İki həftə davam edəcək sərgini Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və şəhər merinin müavini Balaş Pobert Şimon açmışlar.

Diplomat ulu öndər Heydər Əliyevin Azərbaycanın yeni tarixindəki böyük rolu, ölkəmizin siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi, uğurlu neft strategiyasının həyata keçirilməsi, Azərbaycanın Avropa inteqrasiyası sahəsindəki müstəsna xidmətləri haqqında ətraflı məlumat vermişdir.

İştirakçılar üçün təşkil olunmuş qəbul zamanı Azərbaycan haqqında qısametrajlı sənədli filmlər nümayiş etdirilmişdir.

“Azərbaycan günü” Dyör şəhər meriyasında və Dyör-Mason-Sopron bölgəsinin Ticarət-Sənaye Palatasında keçirilmiş tədbirlərlə davam etdirilmişdir.

Tədbir yerli KİV-lər vasitəsilə geniş işıqlandırılmışdır.

 

 

Pərvanə Qarayeva,

AzərTAc-ın xüsusi müxbiri

Budapeşt

 

Azərbaycan.- 2011.-12 may.- S. 5.