Dağlıq Qarabağ
münaqişəsi beynəlxalq hüquq normalarına
uyğun ədalətli həllini tapmalıdır
Mayın 12-də Milli Məclis Sədrinin müavini Bahar Muradova ATƏT Parlament Assambleyasının sədri Petros Eftimiunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Qonaqları ATƏT Parlament Assambleyasında Azərbaycanı təmsil edən nümayəndə heyəti adından salamlayan Bahar Muradova ölkəmizin sözügedən təşkilatla əməkdaşlığa böyük önəm verdiyini vurğuladı. Qeyd etdi ki, ATƏT-in müəyyənləşdirdiyi dəyərlərin Azərbaycanda bərqərar olaraq inkişafına ölkəmizdə xüsusi diqqət yetirilir. Azərbaycanda demokratiya və parlamentarizm ənənələrinin tarixi 90 ildən yuxarıdır. Ötən əsrin əvvəllərində Azərbaycan ilk dəfə dövlət müstəqilliyini əldə etsə də, təəssüf ki, bu, uzun çəkmədi. Daha sonra ötən əsrin 90-cı illərində Azərbaycan yenidən dövlət müstəqilliyini əldə etdikdən sonra sürətli inkişaf yoluna qədəm qoydu.
Milli Məclis Sədrinin müavini daha sonra bildirdi ki, Azərbaycan böyük iqtisadi uğurlara, sosial nailiyyətlərə nail olub, enerji təhlükəsizliyini təmin edib, özünün karbohidrogen ehtiyatlarının dünya bazarlarına çatdırılmasında mühüm müvəffəqiyyətlərə imza atıb. Azərbaycan həyata keçirilən islahatların məzmunu və sürəti baxımından da dünyada ön cərgədə yer alan dövlətlərdəndir. Hüquqi, siyasi, mədəni, humanitar sahələrdə həyata keçirilən islahatlar ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğuna və demokratiya prosesinə böyük töhfələr verir. Ümummilli lider Heydər Əliyevin "İqtisadi cəhətdən təmin olunmayan vətəndaş özünü heç vaxt azad hesab edə bilməz" fikirlərini xatırladan Milli Məclis Sədrinin müavini bu istiqamətdə Azərbaycanda böyük işlər görüldüyünü diqqətə çatdırdı. Qeyd etdi ki, Azərbaycan vətəndaşları Konstitusiya ilə təsbit olunan bütün hüquqlarını sərbəst şəkildə reallaşdırmaq imkanlarına malikdirlər. O, ölkəmizdə gedən demokratikləşmə prosesinə və qarşıya qoyulan hədəflərə daha tez çatmaq üçün ATƏT-in töhfələr verdiyini bildirdi.
Görüş
üçün təşəkkür edən Petros Eftimiu ATƏT
Parlament Assambleyasının sədri kimi Azərbaycana ilk rəsmi
səfərindən məmnun olduğunu vurğuladı. Qeyd
etdi ki, ATƏT mühüm əhəmiyyət kəsb edən
təşkilatdır. Müasir dünyamızda böyük təhlükələr
və qeyri-sabitlik mövcuddur. Təhlükəsizlik geniş
və hərtərəfli xarakterə malik məsələdir.
Avropanın qərbində bu təhlükəsizliyi NATO və
Avropa İttifaqı təmin edir. Lakin Avropanın digər hissəsi
də var ki, bu region bütövlükdə Avrasiya adlanır.
ATƏT həmin məkanda yeganə təşkilatdır ki, bu
regionu, Qərb və Şərqi özündə birləşdirir.
Mövcud olduğu
regionun lideri olan Azərbaycan bu prosesdə mühüm rol
oynayır.
Petros Eftimiu Ermənistan - Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla, ədalətli
şəkildə beynəlxalq hüquq normalarına uyğun həllinin
vacibliyini də bildirdi. Bununla yaranan sülh və sabitlik təkcə
region xalqları yox, bütün Avropa üçün də
olduqca əhəmiyyətlidir. Bahar Muradova Azərbaycanın ərazi
bütövlüyünü dəstəklədiyi
üçün ATƏT Parlament Assambleyasına təşəkkürünü
bildirdi və Parlament Assambleyasının münaqişə ilə
bağlı ayrıca qətnamə qəbul etməsinin
vacibliyini qeyd etdi.
Dağlıq Qarabağ
münaqişəsinin dinc yolla həllinin vacibliyini diqqətə
çatdıran Petros Eftimiu ATƏT-in bunun üçün
lazımi format rolunu oynaya biləcəyini söylədi.
ATƏT Parlament
Assambleyasında Azərbaycan nümayəndə heyətinin
üzvü Eldar İbrahimov Minsk qrupunun fəaliyyəti ilə
bağlı Parlament Assambleyasına hesabat verməli
olduğunun zəruriliyini qeyd etdi. Petros Eftimiu Parlament
Assambleyasının Belqradda keçiriləcək yay
sessiyasında belə bir hesabatın ATƏT-in Minsk qrupu tərəfindən
verilməsinə çalışacağını
vurğuladı. Görüşdə tərəfləri
maraqlandıran digər məsələlər ətrafında
da fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2011.- 13 may.- S. 2.