Petros Eftimiu: Səfərimin məqsədi
parlamentlərarası əlaqələri
daha da genişləndirməkdir
Səfərimin məqsədi Azərbaycan ilə ATƏT-in Parlament Assambleyası arasında parlamentlərarası əlaqələri daha da genişləndirməkdir.
AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan ATƏT-in Parlament Assambleyasının sədri Petros Eftimiu mayın 12-də jurnalistlərə müsahibəsində demişdir.
P.Eftimiu bildirmişdir ki, ATƏT-in Parlament Assambleyası ilə Azərbaycan arasında səmərəli əməkdaşlıq mövcuddur. Mənim səfərimin məqsədi bu əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinə yeni impuls verməkdir.
Qonaq Azərbaycanın ATƏT-in Parlament Assambleyasındakı nümayəndə
heyətinin fəallığını
xüsusi vurğulamışdır.
Azərbaycan.- 2011.- 13 may.- S.
2.