Bakı şəhəri Xəzər
rayonunun Mərdəkan qəsəbəsindəki 123 saylı
ümumtəhsil məktəbi binasının əsaslı təmiri
ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Bakı şəhəri Xəzər
rayonunun Mərdəkan qəsəbəsində yerləşən
və 1896-cı ildə məşhur mesenat Hacı Zeynalabdin
Tağıyevin tikdirdiyi ümumtəhsil məktəbinin əsaslı
təmirə ehtiyacı olduğunu nəzərə alaraq, Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Mərdəkan qəsəbəsindəki
123 saylı ümumtəhsil məktəbi binasının əsaslı
təmiri üçün Bakı şəhərinin Xəzər
Rayonu İcra Hakimiyyətinə Azərbaycan
Respublikasının 2011-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan 1 (bir) milyon manat vəsait
ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində nəzərdə tutulmuş vəsaitin
maliyyələşdirilməsini müəyyən olunmuş
qaydada təmin etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 may 2011-ci il
Azərbaycan.- 2011.- 14 may.- S.
1.