Azərbaycan Respublikası Hökuməti Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 mart tarixli 797 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Hökuməti Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki mədəni əməkdaşlıq haqqında Saziş"in icrasını ikitərəfli əlaqələrin genişləndirilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Hökuməti Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:

 

Komissiyanın həmsədri

 

Niyazi Səfərov - Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini

 

Komissiyanın üzvləri:

 

Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Ragim Lətifov - Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Azər Bayramov - Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Musa Pənahov - Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini

Aslan Aslanov - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Sevda Məmmədəliyeva - Azərbaycan Respublikası mədəniyyət turizm nazirinin müavini

Elmar Qasımov - Azərbaycan Respublikası təhsil nazirinin müavini

Elsevər Ağayev - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Elmir Vəlizadə - Azərbaycan Respublikası rabitə informasiya texnologiyaları nazirinin müavini

Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Dövlətxan Dövlətxanov - Azərbaycan Respublikası Dövlət Şəhərsalma Arxitektura Komitəsi sədrinin müavini

Xəqani Abdullayev - Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

Qüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi

Elşad Nəsirov - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

Marlen Əsgərov - "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti

Tahir Tağızadə - Azərbaycan Respublikasının Çexiya Respublikasında fövqəladə səlahiyyətli səfiri

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən Azərbaycan Respublikası Hökuməti Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Çexiya Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 may 2011-ci il

 

Azərbaycan.- 2011.- 14 may.- S. 1.