Əli Həsənov: "Avropa Parlamentinin qətnaməsi Azərbaycandakı mövcud reallığı əks etdirmir subyektiv mülahizələrə söykənir"

 

Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasında Azərbaycana da aidiyyəti olan qətnamə qəbul olunub. "Azadinform" Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun bu qətnamənin Azərbaycanla bağlı hissəsinə münasibətini öyrənib.

Prezident Administrasiyasının şöbə müdiri demokratiya insan hüquqları məsələsinin Azərbaycan dövlətinin Konstitusiya normaları olduğunu ona əməl olunması sahəsindəki vəziyyəti yetərincə qənaətbəxş saydığını vurğulayıb: "Bu yolu Azərbaycan özü seçib Avropa strukturları ilə mövcud sahədə əməkdaşlıq tərəfdaşlıq xətti götürüb. Bizi təəccübləndirən odur ki, Avropa strukturları nədənsə, Cənubi Qafqaz bölgəsində bütövlükdə postsovet məkanında baş verən hadisələrə fərqli standartlar çərçivəsində yanaşır, müxtəlif ölkələrdə baş verən eyni hadisələrə tamamilə bir-birinə əks olan qiymət verirlər. Əlbəttə, mən adını çəkmək istəmirəm, həmin qətnamənin qəbul olunmasında iştirak edən deputatların özləri belə, bu subyektiv yanaşmanı "norma" dəfələrlə etiraf ediblər. Məsələn, Azərbaycanda keçirilən prezident seçkilərində bizim üçün əsas amil, seçicilərin etimadını qazanmaq, əhalinin seçib-seçilmək hüququnu təmin etmək qalib gələn namizədi şəffaf şəkildə elan etməkdən ibarətdir. Bu normanı biz demokratik Avropadan götürmüşük. Lakin qətnamədə bu prinsiplər bir kənara atılaraq hansısa subyektiv ambisiyası olan daxili yaxud xarici şəxsin, yaxud qrupun seçkiyə münasibəti əsas qiymət meyarı kimi dəyərləndirilir. Əlbəttə, bu yolverilməzdir".

Daha sonra Ə.Həsənov Azərbaycanda söz mətbuat azadlığının ürəkaçan olmadığı ilə bağlı fikrə diqqət yönəldib. "İki gün bundan əvvəl, ATƏT-in mətbuat üzrə komissarı ilə birlikdə biz Azərbaycanda söz mətbuat azadlığının vəziyyətini müzakirə etmişik gəldiyimiz ümumi qənaət odur ki, bu sahədə vəziyyət qənaətbəxşdir hakimiyyətin atdığı addımlar da vəziyyətin yaxşılaşmasına xidmət edir. Qətnamədə öz əksini tapmış insan hüquq azadlıqlarının məhdudlaşdırılması, yaxud siyasi fikrinə görə hansısa gənclərin təqiblərə məruz qalması isə heç bir əsası olmayan subyektiv mülahizələrdir. Azərbaycanda mövcud qanunvericiliyə əsasən, insan vətəndaş hüquqlarının həyata keçirilməsi realdır buna əməl edilir. Amma kimlərsə qanunun üzərində öz ambisiyasını təmin etmək istəyir, yerli icra strukturlarının yaxud qanun keşikçilərinin tələblərini tamamilə inkar edirsə, o zaman onlara qarşı tədbirlər görmənin alternativi yoxdur. Yaxud kimsə əgər öz dövlətinin milli ordusunda xidmət etməkdən boyun qaçırırsa bunun heç bir qanuni əsası yoxdursa, Azərbaycanda hüquqi dövlət prinsiplərinə uyğun olaraq ona qarşı yalnız qanuni tədbirlər görülməlidir", - deyə Ə.Həsənov vurğulayıb.

Prezident Administrasiyasının şöbə müdiri Avropa Parlamentində bunun fərqli alternativinin olduğu halda Azərbaycanın müzakirəyə hazır olduğunu bildirib: "Bir sözlə, birmənalı şəkildə bəyan edirəm ki, bu qətnamə Azərbaycandakı mövcud reallığı əks etdirmir, subyektiv mülahizələrə söykənir Azərbaycan-Avropa Parlamenti əməkdaşlığının ruhuna ziddir".

 

 

Azərbaycan.- 2011.-14 may.- S. 2.