"Azərbaycan
gəncliyi 2011-2015-ci illərdə"
Dövlət Proqramının
hazırlanması ilə
bağlı yığıncaq
keçirilmişdir
Mayın 13-də Azərbaycan
Mədəniyyət işçiləri
Müstəqil Həmkarlar
İttifaqı Respublika
Komitəsinin təşkilatçılığı
ilə "Azərbaycan
gəncliyi 2011-2015-ci illərdə"
Dövlət Proqramı
layihəsinin hazırlanması
ilə bağlı yığıncaq keçirilmişdir.
AzərTAc xəbər verir ki, Azərbaycan Mədəniyyət İşçiləri
Müstəqil Həmkarlar
İttifaqı Respublika
Komitəsinin sədri
Cəmilə Səttarova
"Azərbaycan gəncliyi
2011-2015-ci illərdə" Dövlət Proqramı ilə bağlı Prezident İlham Əliyevin imzaladığı
sərəncamı yüksək
qiymətləndirmişdir. O, gənclərin hərtərəfli
inkişafını, cəmiyyətdə
fəal iştirakını
təmin etmək məqsədilə dövlətimizin
həyata keçirdiyi
tədbirlərin əhəmiyyətini
xüsusi vurğulamışdır.
Sədr gənclər siyasətinin məqsədlərini,
prinsiplərini, istiqamətlərini
tənzim etmək məqsədilə 2002-ci il
aprelin
9-da "Gənclər Siyasəti haqqında" Azərbaycan
Respublikasının Qanununun
qəbul edilməsini gənc nəslə dövlət qayğısının
bariz nümunəsi kimi dəyərləndirmişdir.
İclasda Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov və başqaları Dövlət
Proqramı ilə bağlı rəy və təkliflərini bildirmişlər.
Çıxış edənlər
sosial problemlərin həlli, yaradıcı, istedadlı gənclərə,
turizm, təhsil və digər sahələrdə potensiallarını
nümayiş etdirmək
üçün yeni imkanların yaradılması
kimi təkliflər irəli sürmüşlər.
Bütün rəy və təkliflər ümumiləşdirilərək "Azərbaycan gəncliyi
2011-2015-ci illərdə" Dövlət Proqramına daxil edilmək üçün müvafiq
qurumların elektron ünvanlarına təqdim
olunacaqdır.
Azərbaycan.- 2011.- 14 may.- S.2.