Müdafiə Sənayesi
Nazirliyinin nümayiş etdirdiyi məmulatlar
"İDEF-2011" sərgisində böyük maraqla izlənilir
Xəbər verdiyimiz kimi, Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar İstanbulda keçirilən "IDEF-2011" X Beynəlxalq Müdafiə Sənayesi sərgisində nümayiş etdirilir.
Azərbaycan sərgidə 89 adda müdafiə təyinatlı məmulatla təmsil olunur.
AzərTAc xəbər verir ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin nümayiş etdirdiyi məmulatlar sərgiyə qatılan digər ölkələrin nümayəndə heyətləri tərəfindən böyük maraqla izlənilir.
Qeyd edək
ki, sərgi çərçivəsində Azərbaycan
Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyənin
qabaqcıl şirkətləri arasında top, minaatan, snayper
tüfəngi və gecəgörmə cihazlarının birgə
istehsalına dair niyyət protokolları
imzalanmışdır.
Azərbaycan.- 2011.-14 may.- S. 2.