Küveytin nüfuzlu və yüksək tirajlı "Əl-Vətən"
qəzetinin tam səhifəsi Azərbaycana
həsr olunmuşdur
Prezident İlham Əliyevin Azərbaycanda 2011-ci ili
"Turizm ili" elan etməsi çərçivəsində ölkəmizin geniş turizm potensialının daha yaxından tanıdılması məqsədilə
Bakıda keçirilmiş
"AİTF-2011" Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
ərəfəsində Küveytin
aparıcı kütləvi
informasiya vasitələrinin nümayəndələri
Azərbaycanın Mədəniyyət
və Turizm Nazirliyinin təşkil etdiyi press-turda iştirak etmişlər.
Azərbaycanın Küveyt
Dövlətindəki səfirliyindən
AzərTAc-a bildirmişlər
ki, səfər zamanı ölkəmiz haqqında toplanılan məlumatlar Küveytin KTV
1 və KTV 2 televiziya kanallarında yayımlanmışdır.
Mayın
12-də isə Küveytin
nüfuzlu və yüksək tirajlı
"Əl-Vətən" qəzetinin tam səhifəsi jurnalist xanım K.Vafanın "Azərbaycan-Qafqaz dağlarına
gözəllik saçan
təbii vahə" başlıqlı məqaləsi
üçün ayrılmışdır.
Məqalədə küveytli oxuculara
ölkəmizin yerləşdiyi
coğrafi məkan, füsunkar təbiəti, Azərbaycanın dövlət
quruluşu, dövlət
dili, ərazisi, paytaxt Bakı şəhəri, təbii
sərvətləri, turizm
imkanları, həmçinin
xalqımızın zəngin
mədəniyyəti, incəsənəti, folkloru, milli sənətkarlıq nümunələri, xüsusilə
xalçaçılıq sənəti və s. haqqında dolğun məlumatlar verilir.
Azərbaycan.- 2011.-15 may.- S. 1.