İstanbulda keçirilən "İDEF-2011" X Beynəlxalq Müdafiə Sənayesi sərgisi başa çatmışdır

 

Mayın 11-dən 13-dək Türkiyənin İstanbul şəhərində keçirilən "İDEF-2011" X Beynəlxalq Müdafiə sənayesi sərgisi başa çatmışdır.

AzərTAc xəbər verir ki, Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan 89 adda müdafiə təyinatlı məhsullar da bu sərgidə nümayiş etdirilmişdir. Sərgidə Azərbaycanın müdafiə sənayesi, fövqəladə hallar müdafiə nazirlərinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak etmişlər.

Bu sərgi qısa müddət ərzində fəaliyyətə başlayan Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin qatıldığı sayca altıncı sərgi olmuşdur. Bundan əvvəl nazirlik "İDEF-2009", "SOFEX-2010", "MSPO", "AAD-2010" "İDEX-2011" sərgilərində təmsil olunmuşdur.

Nazirlik "İDEF-2011" sərgisində əvvəlki məhsulları ilə yanaşı, yeni istehsal etdiyi pilotsuz uçan aparatlar, yeni növ atıcı silahlar döyüş sursatlarını da nümayiş etdirmişdir. Bu məmulatlar sərgiyə qatılan digər ölkələrin nümayəndələri tərəfindən böyük maraqla izlənilmişdir.

Sərgi çərçivəsində Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyənin qabaqcıl şirkətləri arasında top, minaatan, snayper tüfəngi gecəgörmə cihazlarının birgə istehsalına dair niyyət protokolları imzalanmışdır. Mülki müdafiə, yanğın təhlükəsizliyi, yanğınsöndürmə qəza-xilasetmə avadanlığı istehsalatçısı olan şirkətlərin nümayəndələri ilə danışıqlar aparılmışdır.

Sərgidə Türkiyə ilə yanaşı, ABŞ, İngiltərə, Almaniya, İtaliya, Rusiya digər inkişaf etmiş ölkələrdən şirkətlər iştirak etmişdir.

Türkiyə Prezidenti Abdullah Gül sərgidəki stendlərlə, o cümlədən Azərbaycanın stendi ilə tanış olmuşdur.

 

 

Azərbaycan.- 2011.-15 may.- S. 1.