Azərbaycanın RF-dəki səfirliyi Mədəniyyət Turizm Nazirliyi Qarabağ turizm agentliyinin Moskvada, beynəlxalq sərgidə iştirak etmək cəhdinin qarşısını almışlar

 

Mayın 12-14-də Moskvada, “Qostinıy dvorsərgi kompleksində “MITF-2011” beynəlxalq turizm sərgisi keçirilmişdir. Sərgidə dünyanın 40 ölkəsindən nümayəndə heyətləri iştirak etmişlər. Azərbaycan Respublikasını sərgidə Zakir Əliyevin rəhbərliyi ilə Bakı İnformasiya-Turizm Mərkəzi (BİTM) təmsil etmişdir.

Azərbaycanın stendi sərgiyə gələnlərin böyük marağına səbəb olmuşdur. Sərgi iştirakçılarına müxtəlif reklam-informasiya materialları paylanmışdır. Sərgi çərçivəsində BİTM Rusiyanın müxtəlif şəhərlərinin bir sıra xarici dövlətlərin turizm-informasiya mərkəzləri ilə turizm sahəsində münasibətlərin inkişafına dair əməkdaşlıq haqqında 11 müqavilə imzalamışdır.

SərgidəBakı şəhəri qonağının xəritəsinin təqdimatı keçirilmişdir. Xəritə fəxri qonaqlara sərgiyə gələnlərə təqdim olunmuşdur. “Bakı şəhəri qonağının xəritəsiBİTM-nin yeni layihələrindən biridir. Bakı MDB ölkələri arasında Mİnskdən sonra bu xəritəni buraxan ikinci şəhərdir.

SərgidəTurizmin inkişafı üzrə Qarabağ agentliyiiştirak etməliydi. Azərbaycan Mədəniyyət Turizm Nazirliyinin müdaxiləsindən Azərbaycanın Rusiyadakı səfirliyinin sərginin təşkilatçılarına ünvanladığı məktubdan sonraTurizmin inkişafı üzrə Qarabağ agentliyiiştirakçılar siyahısından çıxarılmışdır.

Asya Hacızadə

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2011.-15 may.- S. 2.