ABŞ-ın Cons
Mayın 13-də
Vaşinqtonda yerləşən ABŞ-ın nüfuzlu Cons
Hopkins Universitetinin Aparıcı Beynəlxalq
Araşdırmalar Məktəbində "Azərbaycan
Günü" keçirilmişdir.
Tədbirdə Cons Hopkins Universitetinin
tələbə və müəllim heyəti mayın 28-i
gününün Azərbaycanın tarixində əhəmiyyəti
barədə ətraflı məlumatlandırılmış,
milli musiqimiz və rəqslərimizlə
"Azərbaycan
Günü" Azərbaycan Respublikasının Dövlət
Neft Şirkəti və ölkəmizin ABŞ-dakı səfirliyinin
sponsorluğu ilə keçirilmişdir.
Cons Hopkins Universitetinin
Aparıcı Beynəlxalq Araşdırmalar Məktəbinin
azərbaycanlı tələbəsi Leyla Məmmədli
toplantını açaraq qonaqları salamlamış və
universitetin Tələbə İdarəetmə
Assosiasiyasına bu qeyri-adi mədəni və maarifləndirici
tədbiri dəstəklədiyinə görə minnətdarlığını
bildirmişdir. "Azərbaycan Günü"nün
ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci
ildönümü, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC)
yaranması və ölkəmizin dövlət müstəqilliyinin
20 illiyinə həsr edildiyini deyən tələbə
bildirmişdir k, ADR bəşəriyyət tarixinə müsəlman
dünyasında ilk demokratik və dünyəvi respublika kimi
daxil olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin
əhəmiyyətli nailiyyətləri arasında parlamentin təsis
edilməsini, cinsi, irqi, dini mənsubiyyətindən və əqidəsindən
asılı olmayaraq ölkənin bütün vətəndaşlarına
bərabər hüquqlar verilməsini, xüsusilə də,
ABŞ və bir sıra Avropa dövlətlərindən xeyli əvvəl
qadınların səsvermə hüququnun təmin
olunmasını qeyd etmək olar. AXC qısa müddət
yaşasa da, xalqımızın demokratik şüurunda
mühüm iz buraxmışdır.
Natiq sözünə davam edərək demişdir ki, 1991-ci ildə Azərbaycan Respublikası özünün dövlət müstəqilliyini bərpa etmişdir. Bu, qurbanlar bahasına başa gəlsə də, müasir Azərbaycan dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilmişdir. Leyla Məmmədli vurğulamışdır ki, müstəqilliyinin ilk günlərindən Azərbaycan əraziləri Ermənistan tərəfindən işğala məruz qalmış, bir milyona yaxın soydaşımız Qarabağ müharibəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmişdir.
Daha sonra tədbirdə ABŞ-ın Qarabağ Fondunun icraçı direktoru Diana Altman çıxış etmişdir. Xanım Altman bildirmişdir ki, cəmi bir il bundan əvvəl səlahiyyətlərimin icrasına başlayarkən Azərbaycan haqqında cüzi məlumata malik idim. Lakin bu xalqın mədəniyyəti ilə yaxından tanış olduqdan sonra başa düşdüm ki, illərlə qarşılaşdığım gözəl xalçalar, sehirli muğam musiqisi və amerikalıları ovsunlayan bir sıra digər incəsənət nümunələri Azərbaycana məxsusdur.
Diana Altman demişdir: "Bu
ölkənin olduqca nadir tarixi vardır. Təsəvvür
edin ki, 1917-ci ildə doğulan bir insan eyni yerdə
yaşayaraq əvvəlcə Rusiya imperatorluğu, daha sonra Azərbaycan
Xalq Cümhuriyyəti, daha sonra Sovet İttifaqı, indi isə
Azərbaycan Respublikasının bir hissəsi olur. Bu ölkənin
olduqca zəngin mədəniyyəti vardır. Həmin nadir mədəniyyəti
amerikalılara da çatdırmalıyıq".
"Azərbaycan
Günü" çərçivəsində ABŞ-da
ölkəmizlə bağlı yaradılan yeni www.aze-info.com
internet səhifəsinin təqdimatı da
keçirilmişdir. Səhifənin müəllifi, Virciniya
ştatının Ueykfild məktəbinin yuxarı sinif
şagirdi Nərmin Hüseynova bildirmişdir ki, əvvəldən
kompüter sinfində ev tapşırığı kimi
yaratdığı "Odlar Yurdu-Azərbaycan" adlı
internet səhifəsi o qədər maraq doğurmuşdur ki,
indi mütəmadi olaraq həmin səhifə genişlənərək
ölkəmiz haqqında konkret və dürüst faktlar
axtaran oxucu resursuna çevrilmişdir. Nərminin səhifəsi
ölkəmiz barədə ümumi məlumatları, Odlar
yurdunun keçmişi, bu günü və gələcəyi,
respublikamızın turizm imkanları və hətta
amerikalılar üçün Azərbaycan dilində sadə
ifadələri daxil edir.
"Azərbaycan
Günü"ndə ABŞ-ın "İpək Yolu" rəqs
qrupunun üzvləri Azərbaycan milli rəqslərini ifa
etmişlər. Qrupun rəhbəri Lorel Viktorya Qrey
çıxış edərək demişdir ki, 16 il bundan əvvəl
yaranmış rəqs qrupunun repertuarında Azərbaycan rəqsləri
həmişə prioritet təşkil etmişdir. Bəşəriyyətin
tarixi qədər qədim olan rəqs Azərbaycan mədəniyyətində
yüksək səviyyədə təmsil olunmuşdur. Burada hər
ovqata, hər yaşa uyğun rəqslər tapmaq olar. Hətta
Qobustan qoruğunun qayaüstü rəsmlərində minilliklər
bundan əvvəl insanların yallı getdiyi səhnələr
təsvir olunmuşdur.
Toplantı Azərbaycan incəsənətinin
pərəstişkarı və təbliğatçısı,
Amerika Muğam Cəmiyyətinin sədri Cefri Verbokun
ifasında instrumental muğam parçalarından ibarət
konsertlə başa çatmışdır.
Cons Hopkins Universitetinin
Aparıcı Beynəlxalq Araşdırmalar Məktəbinin
dekanı Bonni Uilson bu ali təhsil ocağında oxuyan azərbaycanlı
tələbələrin mədəniyyətlərini belə
yüksək səviyyədə təmsil etdiklərindən məmnunluğunu
bu sözlərlə ifadə etmişdir: "Bizim məktəbin
tələbələri arasında dünyanın 65 ölkəsinin
təmsilçiləri vardır. Ümumilikdə, tələbə
heyətinin 35 faizi xaricilərdir. Mən həmişə deyirəm
ki, burada beynəlxalq münasibətlər təkcə öyrənilmir,
həm də yaşadılır. "Azərbaycan
Günü"ndə təqdim olunan zəngin proqramdan biz
hamımız bəhrələndik".
Şəfəq AKİFQIZI,
AzərTAc-ın xüsusi
müxbiri
Vaşinqton
Azərbaycan.- 2011.- 15 may.- S. 5.