Erməni faşizmi gürcü mənbələrində

 

Son yüzilliklərdə xalqımızın başına gətirilən faciələri, müsibətləri xatırlayanda böyük rus alimi V.O.Klyuçevskinin "Tarix onu bilməyənləri cəzalandırır" fikri yada düşür. Bəs bu tarix yaddaşımızda və kitablarımızda necə yaşayır, necə təsvir olunur, qonşu Gürcüstanda da bu oxşar hadisələr və tarix nə cür qiymətləndirilir və qorunur?

 

"Ermənilər Ermənistan axtarışında"

 

2010-cu ildə qonşu Gürcüstanda tarixçi alim Quram Marxuliyanın rus dilində "Ermənilər Ermənistan axtarışında" kitabı işıq üzü görüb. Gürcüstan Milli Akademiyasının nəşri olan həmin kitab tarixçilər, hüquqşünaslar, beynəlxalq əlaqələr üzrə mütəxəssislər, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Tarix elmləri doktoru, professor Boris Kvarastxeliyanın kitaba yazdığı ön söz "erməni məsələsi"ni öyrənmək, "aktuallığı"nı anlamaq baxımından olduqca maraqlıdır: məqsəd "erməni məsələsi" adlanan məsələni olduğu kimi dünya ictimaiyyətinə çatdırmaqdır. Müəllif saxta, uydurma Ermənistan tarixinin dolaşıq, əyri-üyrü cığırları ilə hərəkət edərək Birinci dünya müharibəsi illərində Osmanlı imperiyasındakı hadisələr və onunla əlaqədar baş verən tarixi proseslər barədə erməni alimlərinin köhnə stereotiplərini vurub dağıdır.

XIX-XX əsrlər ermənilər tərəfindən özgə torpaqlarını zəbt eləyib ələ keçirmək və bu torpaqlarda "böyük Ermənistan" adlanan öz dövlətlərini yaratmaqla yadda qalıbdır".

Məsələnin tarixindən danışarkən B.Kvarastxeliya qeyd edir ki, onun əsasında Türkiyənin xüsusi, cəlbedici geopolitik vəziyyəti və bu vəziyyətdən digər ölkələrin (Rusiya, Fransa, İngiltərə və s.) yararlanmaq səyləri dayanır. Ermənilər bu halda Türkiyəyə müəyyən təsir mexanizmi rolunu oynayaraq xəyanət yolunu tutdular: "Türkiyə bu xəyanəti onlara bağışlamadı və heç bir ölkə yaradıla bilməyən erməni dövlətinə görə göz yaşı tökmədi".

Dağlıq Qarabağ probleminə də toxunan gürcü professor yazır: "Ermənistanın müstəqillik qazanması "erməni məsələsi"nin beynəlxalq münasibətlərdə yenidən dirçəlməsinə gətirib çıxardı. Azərbaycanın Dağlıq Qarabağ vilayətinin işğal olunması buna əyani sübutdur".

Müəllif "erməni məsələsi"nin Gürcüstandan da yan ötmədiyini vurğulayaraq yazır: "Ermənilərin yığcam yaşadıqları yerlər həmişə separatçılıq mərkəzinə çevrilir. Buna sübut olaraq keçmişdə Osmanlı imperiyasındakı, bu gün isə Azərbaycanın Dağlıq Qarabağ, Gürcüstanın Cavaxetiya bölgəsindəki hadisələri göstərmək olar. Tarixi təcrübə də hadisələrin məhz belə bir istiqamətdə inkişaf edəcəyindən xəbər verir".

 

Ermənistanın yoxdan var olması

 

Erməni tarixçisi özü qeyd edir ki, ermənilərin keçmişi haqqında elə bir məlumat yoxdur ki, onu tarix, ya da salnamə adlandırasan. "Hayların (ermənilərin) - "mifik Haykın övladları olan, planetin ən qədim xalqı"nın peyda olması, Cənubi Qafqazda erməni dövlətinin yaradılması Çar Rusiyasının fəaliyyətinin nəticəsidir", - deyə müəllif xüsusi vurğulayır.

Ermənilərin Türkiyə və İrandan Azərbaycan və Gürcüstan ərazilərinə köçürülməsində isə əsas rol Qriqorian kilsəsinə məxsusdur. Qriqorian kilsəsinin Rus imperiyası və Avropa dövlətləri ilə əlaqələri XVII əsrə təsadüf edir. Ermənilər elə o vaxtdan avropalıları inandırmağa çalışırdılar ki, guya, müsəlmanlar "Avropa ilə bir dinə tapınan erməni xalqını istismar edirlər".

Beləliklə, 1699-cu ildə Qriqorian kilsəsinin razılığı ilə iki erməni - İsrail Ori və Minas Vardapet Avropa ölkələrini gəzərək erməni dövləti yaratmaq planlarından danışırdılar. Ancaq onlar bu avantürist fikirlərinə Avropada dəstək tapa bilməyib Rusiyaya üz tutdular.

 

1701-ci il. I Pyotrla görüş

 

Onlar o vaxt İran Səfəvi dövlətinin tərkibində olan Qarabağ vilayətinin erməni icmasının nümayəndələri olduqlarını bildirdilər və Osmanlı Türkiyəsinə qarşı vahid xristian cəbhəsinin yaradılması planlarını açıqladılar. XVIII əsrin əvvəlləri idi,

I Pyotr Baltik dənizinə çıxmaq üçün başlanan Şimal müharibəsində isveçlərə təzəcə uduzmuşdu. Gələn qonaqlar isə onu Xəzər dənizinə, Cənubi Qafqaza "dəvət" edirdilər.

I Pyotr İsrail Oriyə təcili polkovnik rütbəsi verdi və müəyyən tapşırıqlar verərək xəfiyyə kimi 1707-ci ildə onu İrana yola saldı. Çox keçmədi Ori Həştərxanda qəflətən öldü. Elə həmin il 2 mart 1711-ci ildə və 28 yanvar 1717-ci ildə I Pyotrun sərəncamları ilə İrandan və Türkiyədən ermənilərin Rusiyaya cəlb olunması üçün fəaliyyətə start verildi.

Gürcü alim həmin dövrdə I Pyotrun göstərişi ilə Qafqazın ilhaqına başlandığını qeyd edərək yazır ki, artıq 1722-ci ildə ruslar Dərbənd, Quba, Bakı, Salyan, Lənkəran və digər Xəzəryanı Azərbaycan vilayətlərini ələ keçirirlər. 1724-cü ilin oktyabrında I Pyotr ələ keçən torpaqlara ermənilərin köçürülməsinə imkan verən sərəncam imzalayır. Bu sərəncamda bütün vasitələrdən istifadə etməklə "ermənilərin və digər xristianların müsəlman torpaqlarına" köçürülməsi bir vəzifə olaraq irəli sürülürdü. Azərbaycan və Gürcüstan ərazilərində erməni dövləti yaratmaq məsələsi ilə o vaxt Şəmiryan adlı bir erməni məşğul olurdu. Onun planına görə, yeni yaradılan dövləti erməni çarı idarə etməliydi. Onun Peterburqda rəsmi nümayəndəliyi olmalı, yeni çarı müdafiə etmək üçün isə 6 minlik rus qoşunu 20 il ərzində orada qalmalı idi...

Ancaq onda Allah üzümüzə baxdı və 1725-ci ildə I Pyotrun ölümündən sonra ruslar Xəzəryanı bölgələri tez-tələsik tərk etməli oldular. Doğrudur, bu gediş həmişəlik olmadı, onlar müəyyən vaxtdan sonra yenidən qayıtdılar, amma hələlik onlar Azərbaycan torpaqlarında özlərinə dövlət yaratmaq istəklərinə nail ola bilmədilər.

1827-ci ildə İrəvan xanlığının işğal olunması ilə vəziyyət yenidən ermənilərin xeyrinə dəyişdi...

 

Xanlar, xanlıqlar və xaraba qalmış yurd yerləri

 

Gürcü müəllif Qafqazın ruslar tərəfindən zəbt olunması ardıcıllığını və o dövrdə baş verən ictimai-siyasi prosesləri dəqiqliklə, əsaslı faktlarla şərh etməyə çalışır.

1801-ci ildə Şərqi Gürcüstan, Qazax və Şəmşəddin sultanlıqları, 1803-cü ildə Car Balakən ruslar tərəfindən ələ keçirilir.

1804-cü ildə Gəncə ələ keçir, Cavad xan və oğlu şəhid olur. Gəncə ilə bərabər Samux sultanlığı da zəbt olunur.

1805-ci ildə Qarabağ xanlığı, 1806-cı ildə Bakı, Quba və Şəki xanlıqları, 1809-cu ildə Lənkəran xanlığı rus qoşunları tərəfindən işğal olunur.

Tədqiqatçı haqlı olaraq qeyd edir: "Rus hökuməti müsəlman əhaliyə inanmadığı üçün işğalı başa çatdıran kimi Azərbaycan torpaqlarına xristianları köçürməyə başladı. Hətta 1819-cu ildə uzaq Almaniyadan yüzlərlə alman ailəsi Qarabağın şimalına köçürülmüşdü...

Vəziyyətin mürəkkəbliyi rusları ehtiyatlı olmağa və hələlik yerli ənənələri və maraqları nəzərə almağa məcbur edirdi. Bu mənada Rusiya hakim dairələri o dövrdə Azərbaycan siyasətində ermənilərə arxalanır, onlara üstünlük verirdi. 1905-ci ildən başlayaraq İrandan və digər regionlardan Azərbaycana, ilk növbədə Qarabağa dayanmadan ermənilər köçürülür. Artıq 1810-cu ildə, rus rəsmi məlumatlarına görə, Qarabağda yaşayan 12.000 ailənin 9.500-ü (79%) azərbaycanlı, 2.500-ü (21%) erməni idi".

1823-cü ildə general Yermolovun göstərişi ilə Qarabağda yaşayan əhalinin vergi mükəlləfiyyəti müəyyənləşdirilir. Bu, Qarabağda əhalinin sayı və etnik tərkibi barədə ilk yazılı, rəsmi sənəddir. Həmin sənədə əsasən Qarabağda 20.095 ailə, yaxud 90.000 nəfər yaşayırdı ki, onlardan 15.729 ailə (78%) azərbaycanlı, 4.366 ailə (22%) erməni ailəsi idi. Eyni zamanda, Şuşada 1.111 azərbaycanlı və 421 erməni ailəsi yaşayırdı. Şuşa ətrafında 450-dən artıq azərbaycanlı, cəmi 150 erməni kəndi vardı. Bu kəndlərdə 14.618 azərbaycanlı, 3.945 erməni ailəsi yaşayırdı.

1826-1828-ci illərdə Rus-İran müharibəsindən sonra bütün Azərbaycanda olduğu kimi, Qarabağda da etnik vəziyyət kəskin surətdə dəyişməyə başladı. 1828-1829-cu illərdə rus-türk müharibəsindən dərhal sonra Qafqaza 84.000 erməni ailəsi köçürüldü. Onlar, əsasən, Qarabağ və İrəvan vilayətlərində yerləşdirildilər. Eyni zamanda, o vaxt çar məmuru N.N.Şavrovun yazdığı kimi, "nəzərdən qaçırmaq olmaz ki, rəsmi şəkildə köçürülən 124.000 ermənidən başqa qeyri-rəsmi köçənləri də nəzərə alsaq, köçürülənlərin sayı 200.000 nəfəri keçir". Ermənilərin İrandan və Türkiyədən Cənubi Qafqaza köçürülməsi sonrakı illərdə də davam etdi.

 

Kürəkçay müqaviləsi, İbrahim xanın qətli və şəkili Səlim xanın üsyanı

 

Tədqiqatçı alim ermənilərin Qarabağa iddialarını rədd edərək bu ərazilərin həmişə Azərbaycan türklərinin olduğu və onlar tərəfindən idarə edildiyini tarixi faktlarla sübut edir. Belə faktlar içərisində Qarabağın taleyində silinməz izlər qoyan "Kürəkçay müqaviləsi", onun rus qəyyumluğunu müəyyən edən şərtləri də var. Müqavilə rusların təpkisi altında Qarabağ xanı, məşhur İbrahimxəlil xanla general Sisianov arasında 1805-ci ilin 14 mayında imzalanıb. Həmin görüşdə Qarabağ xanı ilə yaxın qohumluq əlaqələri olan Şəki xanı Səlim xan da iştirak edirdi. Bir az keçəcək, ruslar bağlanan müqavilənin şərtlərini pozacaq və indi ermənilərin özlərinə "paytaxt" etdikləri Xankəndidə İbrahim xanı ailəsi, körpə uşaqları ilə birlikdə qətlə yetirəcəklər. Bu haqsızlığa qarşı bircə xanın kürəkəni, şəkili Səlim xan qiyam qaldırır... Bir faktı yada salmaq yerinə düşər: 1917-ci ildə Oktyabr çevrilişindən sonra Çar Nikolayın ailəsi ilə öldürülməsini rus ictimaiyyəti indiyə kimi unutmur, onu rus və xristian mənəvi dəyərlərinə vurulan ən böyük zərbə hesab edirlər. Amma təəssüflə qeyd etməliyik ki, İbrahim xanın və ailəsinin günahsız qətliamına rus ictimai fikri nə onda, nə sonrakı dövrlərdə münasibət bildirdi.

 

1813-cü ildə imzalanan "Gülüstan müqaviləsi"

 

və 1828-ci ildə işğalı sona yetirən "Türkmənçay müqaviləsi" də kitabda tam mətndə dərc olunub.

Dəhşət doğuran faktlardan biri də budur ki, heç bir ağla, məntiqə sığmayan bir şəkildə rus hakim dairələri tərəfindən 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqlarının ərazilərində erməni vilayəti yaradılarkən həmin vaxt oradakı 1110 yaşayış məntəqəsindən yalnız 62-si ermənilərə aid idi...

 

"Kür, Araz, Ararat..."

 

Qafqaza yerləşdirilən ermənilər "Böyük Ermənistan" uğrunda yazılan-yazılmayan bütün qanunları və dəyərləri məhv etməyə hazırdırlar. Digər xalqlar kimi, ermənilərlə eyni xristian dəyərlərini bölüşən gürcülər də bu bəladan kənarda qala bilməyiblər. Ermənilər Gürcüstanın digər əraziləri ilə birlikdə Samsxe-Cavaxetiya bölgəsinə də iddialıdırlar. Tarixçi alim problemin keçmişinə qayıdaraq vaxtilə rus tədqiqatçı və şahidlərinin öz sözlərini yada salır, dövrü, zəmanəni onların gözlərilə canlandırır: "Türkiyə tərəfdən köçüb gələn ermənilər, demək olar ki, bütün Axalkalaki bölgəsini başdan-ayağa tutdular və ancaq bəzi yerlərdə onların arasında vadiyə bənzəyən gürcü kəndləri görünürdü" (Vermişev).

1846-cı ildə yaradılan Tiflis, Kutaisi, Şamaxı və Dərbənd quberniyaları ilə yanaşı 1849-cu ildə ermənilərin təkidi ilə İrəvan quberniyasının da yaradılması onların gələcək fəaliyyəti üçün böyük imkanlar açdı. Artıq onlar Azərbaycan və Gürcüstan toponimlərini özününküləşdirmək, kənd və şəhərlərin, kilsə və monastırların, tarixi abidələrin adlarını dəyişdirmək, qonşu ərazilərə iddia etmək imkanı əldə etdilər. Gürcü ictimaiyyəti baş verənlərdən sarsılmışdı. İlya Çavçavadze yazırdı: "...Ermənilər heç vaxt yaşamadıqları yerlərdə yuva qurmağa çalışır və hamını buna inandırmağa can atırlar". Ermənilərin naşükürlüyündən dəhşətə gələn Akaki Sereteli isə bunları yada salırdı: "Gürcü çarlarının ermənilərə yazığı gəlib, onları ticarətlə məşğul olmaq üçün Gürcüstanın müxtəlif guşələrində yerləşdirdilər, onlara hətta şəhərlər verildi. Gürcülər isə çoxsaylı düşmənlərlə müharibədən yorulub geri qayıtdıqda təəccüblə gördülər ki, onların evləri "qardaş" dedikləri ermənilər tərəfindən zəbt olunub. Üzr istəmək əvəzinə isə onlar qışqırıb bağırırlar: "Siz kimsiniz, haradan gəlmisiniz? Siz burada nə vaxt yaşamısınız? Bu torpaq həmişə bizim olub!" Sübut üçün isə elə gürcü kilsələrini, məbədlərini göstərirdilər. Orada isə artıq gürcü yazılarını pozub ermənicə yazmışdılar".

Gördüyümüz kimi, dil, din, tarix ayrı olsa da, gürcülərlə bizim faciə, problem eynidir. Vaxtilə deyərdilər: insan varsa, problem də var. Bütün olanları, olacaqları yada salıb belə söyləmək də olar: erməni varsa, problem də var.

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.- 2011.-15 may.- S. 6.